Rəqəmsal marketinq üzrə mütəxəssis

  • Истекает 13 июнь 2026

Sinteks Şirkətlər Qrupu “Rəqəmsal marketinq üzrə mütəxəssis” axtarır!

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

  • Elektron Ticarət Biznes Bölməsi daxilində fəaliyyət göstərən Rəqəmsal Marketinq üzrə Mütəxəssis şirkətin elektron ticarət platformaları üzrə bütün rəqəmsal marketinq fəaliyyətlərinin planlaşdırılması, icrası və optimallaşdırılmasına cavabdehdir; ödənişli və şirkətə məxsus rəqəmsal kanallar vasitəsilə keyfiyyətli trafik, konversiya və reklam gəlirlərinin artırılmasını təmin edir.
  • Bu vəzifə Meta, Google, YouTube və TikTok platformaları üzrə tam ödənişli reklam ekosisteminin idarə edilməsini, vebsaytda yüksək konversiyalı landing page və kampaniya kolleksiyalarının hazırlanmasına rəhbərlik edilməsini, həmçinin influencer əməkdaşlıqları daxil olmaqla, lakin bununla məhdudlaşmayan omni-channel marketinq təşəbbüslərinin idarə olunmasını əhatə edir.
  • Elektron Ticarət Biznes Bölməsi daxilində xüsusi marketinq funksiyası kimi çıxış edən Rəqəmsal Marketinq üzrə Mütəxəssis bütün rəqəmsal marketinq fəaliyyətlərinin kommersiya məqsədlərinə uyğun, məlumat əsaslı və bütün onlayn təmas nöqtələri üzrə ardıcıl şəkildə inteqrasiya olunmasını təmin edir.

Vəzifə öhdəlikləri:

Ödənişli Reklam və Kanal İdarəçiliyi:

  • Meta, Google, YouTube və TikTok platformalarında performans marketinq kampaniyalarını planlaşdırmaq, qurmaq və idarə etmək; trafik, konversiya və reklam xərclərinin gəlirliliyinin (ROAS) optimallaşdırılmasını təmin etmək,
  • Ödənişli kanalların effektivliyini və kommersiya nəticələrini maksimum səviyyəyə çatdırmaq məqsədilə auditoriya hədəfləmə strategiyalarını, kreativ konseptləri, təklif (bidding) strukturlarını və kampaniya məqsədlərini hazırlamaq və test etmək,
  • Kampaniyaların gündəlik performansını izləmək, reklam büdcələrini idarə etmək və gəlir və konversiya KPI-larına nail olmaq üçün davamlı optimallaşdırma tədbirlərini həyata keçirmək.

Landing Page Hazırlanması və Konversiya Optimallaşdırılması:

  • Bütün ödənişli və orqanik trafik təşəbbüslərini dəstəkləyən kampaniyaya uyğun landing page-lərin, tematik kolleksiya səhifələrinin və promosiya mikrosaytlarının planlaşdırılması, hazırlanması və idarə olunması,
  • Konversiya göstəricilərini artırmaq və bounce rate-i azaltmaq məqsədilə landing page elementləri üzrə (layout, mətn, kreativ materiallar və call-to-action daxil olmaqla) A/B və multivariate testlərin aparılması,
  • Bütün landing page-lərin və kampaniya materiallarının premium brend standartlarına və təqdimat tələblərinə uyğun olmasını təmin etmək üçün Dizayn və Vizual komanda ilə əməkdaşlıq etmək.

Omni-Channel Marketinq və Influencer Əməkdaşlıqları:

  • Ödənişli reklamları, orqanik sosial media fəaliyyətlərini, sayt daxili promoları və e-mail marketinqi vahid və kommersiya baxımından effektiv kampaniya planlarında birləşdirən omni-channel marketinq strategiyalarını hazırlamaq və icra etmək,
  • Elektron ticarət yönümlü aktivliklər üçün influencer və content creator əməkdaşlıqlarını müəyyən etmək, əməkdaşlıqları başlatmaq və idarə etmək; deliverable-lara, performans monitorinqinə və büdcə bölgüsünə nəzarət etmək,
  • Bütün marketinq fəaliyyətlərinin effektivliyi üzrə hesabatlar hazırlamaq, performans analizləri, attribution təhlilləri və strateji tövsiyələri aidiyyəti tərəflərə təqdim etmək.

Tələblər

Təhsil:

  • Rəqəmsal Media, Marketinq, Elektron Ticarət, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi, və ya,
  • Digital Advertising, Performance Marketing və ya E-Commerce Marketing üzrə peşəkar sertifikat (məsələn, Google Ads, Meta Blueprint, HubSpot və s.), və ya,
  • Kampaniya nəticələri ilə təsdiqlənən praktiki təcrübəyə malik rəqəmsal marketinq sahəsində hands-on iş təcrübəsi.

Peşəkar Təcrübə:

  • Meta, Google və ya digər platformalarda ödənişli reklam kampaniyalarının birbaşa idarə olunmasını əhatə edən minimum 3 illik praktiki rəqəmsal marketinq təcrübəsi,
  • Landing page-lərin və kampaniya funnel-lərinin hazırlanması və optimallaşdırılması üzrə sübut olunmuş təcrübə (Shopify təcrübəsinə üstünlük verilir), həmçinin kommersiya nəticələrinin ölçülə bilən şəkildə yaxşılaşdırılması,
  • Moda pərakəndə satışı, elektron ticarət və ya premium istehlakçı brendləri sahəsində təcrübəyə üstünlük verilir; influencer marketinqi və omni-channel kampaniyaların icrası üzrə bilik arzuolunandır

Əsas Bacarıqlar:

  • Meta Business, Google Business, YouTube Ads və TikTok Ads Manager platformalarında praktiki işləmə bacarığı; kampaniya strukturu, kreativ materiallar, auditoriya hədəflənməsi və bidding strategiyaları üzrə güclü biliklər,
  • Elektron ticarət platformaları və ya xüsusi alətlər vasitəsilə “landing page” yaradılması və optimallaşdırılması təcrübəsi; UX prinsipləri və konversiya optimallaşdırılması üzrə biliklər,
  • Google Analytics, Meta Pixel və performans idarəetmə paneliləri (dashboard) ilə işləmə bacarığı daxil olmaqla güclü analitik düşüncə və məlumatlardan praktik nəticələr çıxarma bacarığı,
  • Omni-channel marketinq prinsipləri üzrə yaxşı anlayış və mesajlaşmanın ödənişli, orqanik və şirkətə məxsus kanallar üzrə ardıcıl koordinasiya edilməsi bacarığı,
  • Elektron ticarət kampaniyaları üçün influencer marketinq prosesləri, creator brief hazırlanması və performansa əsaslanan tərəfdaşlıq idarəçiliyi üzrə biliklər,
  • Sürətli və son tarix (deadline) yönümlü iş mühitində bir neçə kampaniya və prioriteti eyni vaxtda idarə etmək bacarığı ilə yüksək kommunikasiya, planlama və təşkilatçılıq bacarıqları.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly303
  • Monthly1109