Riteyl üzrə Marketinq Menecer (Retail Marketing Manager)

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Riteyl üzrə Marketinq Menecer (Retail Marketing Manager)

  • Deadline 7 İyul 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sinteks Şirkətlər qrupuna hal hazırda Riteyl üzrə Marketinq Menecer (Retail Marketing Manager) tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

Bu vəzifənin rolu müştəri cəlb etmək, satışları artırmaq və satış mühitində brendlərimizi gücləndirmək üçün marketinq strategiyalarının hazırlanması və həyata keçirilməsidir.

Vəzifə öhdəlikləri:

  • Biznes məqsədlərinə uyğun olan marketinq strategiya, planlar və kampaniyalarını hazırlamaq və icra etmək,
  • Satış mühitində kampaniyalarını planlamaq və həyata keçirtmək, 
  • Sosial şəbəkələrdə, və digər rəqəmsal platformalarda, brend imiclərini qorumaq və gücləndirmək,
  • Bazar trendlərini və müştəri istəklərini təhlil etmək, marketinq performans göstəricilərini izləmək və hesabat etmək,
  • Media və reklam tərəfdaşları ilə əlaqələri qurmaq və istifadə etmək, 
  • Marketinq büdcəsini hazırlamaq və onu idarə olunmasını təmin etmək.

Təhsil:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə sertifikatlar

Təcrübə:

  • Müvafiq sahədə azı 3 il iş təcrübəsi,
  • İdarəetmə sahəsində iş təcrübəsi arzu olunandır.

Professional biliklər:

  • Marketing və Riteyl (satış) fəaliyyəti
  • Sosial Platformalarda reklam və kampaniya hazırlanması üzrə təcrübə
  • İngilis dili yaxşı səviyyədə
  • MS Office Proqramları

Professional bacarıqlar və kompetensiyalar: 

  • İdarəetmə bacarığı
  • Ünsiyyət bacarıqları
  • Kreativlik
  • Analitik düşüncə
  • Məsuliyyət
  • Detallara diqqət
  • Vaxtın idarəolunması
  • Problem həll etmə

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Riteyl üzrə Marketinq Menecer (Retail Marketing Manager)” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.

  • Günlük6
  • Həftəlik397
  • Aylıq1746