Vəzifənin məqsədi:
Bu rol satış əlaqələri və maliyyə əməliyyatlarında dəstək göstərməklə yanaşı, yüksək analitik düşünmə, detallara diqqət və stresə davamlılıq tələb edir.
Əsas vəzifə öhdəlikləri:
- Kreditor və debitor borclar üzrə üzləşmələrin aparılması
- Ödənişlərin icrası (1C proqramında sənədləşdirilməsi və qaimələrin yoxlanılması)
- Ödənişlərin yalnız təsdiqlənmiş təchizatçılara yönləndirilməsinə nəzarət
- Yeni reseptlərin sistemə daxil edilməsi və mövcud reseptlərin yenilənməsi
- Maya dəyərinin düzgün hesablanması və yoxlanması
- Alışların sistemə daxil edilməsi və alış qiymətlərinin dəqiqliyinin yoxlanılması
- Qiymət və menyu dəyişikliyinin sistemdə icrası
- Məhsul transferlərinin yoxlanılması
- Müqavilə və təhvil-təslim aktlarının 1C-də qeydiyyatı
- Məlumatlarının bazaya düzgün daxil edilməsi
- Məhsullar üzrə ödəniş əməliyyatlarının icrası
Tələblər:
- Ali təhsil
- MS Office proqramlarında işləmə bacarığı
- 1C proqramı ilə işləmək bacarığı (üstünlükdür)
- Rus dili biliyi arzuolunandır
- Dəqiq, məsuliyyətli və öyrənməyə həvəsli olmaq
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Satış Əlaqələri üzrə Təcrübəçi” qeyd etməklə Müraciət et butonunda qeyd olunan e-poçt ünvanına göndərə bilərlər.