Vəzifələr:
- Ticarət salonunda müştərilərə xidmət göstərmək.
- Ticarət salonunda malların çeşidlərinin və ölçülərinin mövcudluğunu təşkil etmək.
- Mağaza meneceri tərəfindən müəyyən edilmiş hədəfi yerinə yetirmək.
- Bölmənin təmizliyinə və səliqəsinə diqqət etmək.
- Şirkətə məxsus əmlakların qorunub saxlanmasını təmin etmək, oğurluq və ya itki təhlükəsi olduğu halda birbaşa rəhbəri məlumatlandırmaq.
Namizədə dair tələblər:
- Ünsiyyət bacarıqları
- Kollektivdə işləmə bacarığı
- Stressə davamlılıq
- Məsuliyyət
- Cins: Xanım
İş təcrübəsi müddəti:
- Pərakəndə satış sahəsində 6 ay iş təcrübəsi arzuolunandır
Təhsil:
- Xüsusi təhsil tələb olunmur, Ali təhsil arzuolunandır
İş qrafiki:
- Həftədə 5 iş günü, 2 istirahət günü
- Növbəli iş: 09:00–18:00 / 13:00–22:00 (hər iki növbədə işləmək tələb olunur)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı mütləq qeyd olunmalıdır.