Satış üzrə menecer (Kütləvi bazar)

  • Deadline 8 İyun 2026

Sinteks Şirkətlər Qrupu – kütləvi bazar üzrə “Satış üzrə menecer” axtarır!

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu: "Satış üzrə menecer” ona həvalə olunmuş mağazalarda satışın, mağaza əməliyyatlarının və kommersiya göstəricilərinin idarə olunması və koordinasiyasına cavabdehdir. Bu rol satış və marja hədəflərinə nail olunmasını, mağazalarda düzgün icranı, müştəri xidmət standartlarını, məhsul mövcudluğunu, vizual tərtibat standartlarını, şirkət qaydalarına uyğunluğu və eyni zamanda alış planlaması, çeşid formalaşdırılması, qiymət və marja idarəçiliyi, endirim və kampaniya strategiyası, stok və inventar idarəçiliyini təmin edir.

Vəzifə öhdəlikləri:

Satış performansı və hədəflər:

  • Təyin olunmuş mağazalar üzrə satış hədəflərinin bölüşdürülməsi və çatdırılmasında iştirak etmək.
  • Gündəlik, həftəlik və aylıq satış nəticələrini və əsas retail KPI-ları izləmək, o cümlədən satış, konversiya, orta əməliyyat dəyəri, işçi başına satış, ümumi marja, sell-through, stok dövriyyəsi və inventar örtüyü.
  • Aşağı performans göstərən mağazaları müəyyən etmək və Mağaza Menecerləri ilə birlikdə düzəldici tədbirlər razılaşdırmaq.
  • Satışların, müştəri konversiyasının, mağaza məhsuldarlığının və kommersiya rentabelliyinin artırılması üçün performans rəyləri və tövsiyələr hazırlamaq.

Alış və çeşid planlaması

  • Satış tarixçəsi, bazar trendləri, müştəri tələbi, mağaza formatı və kommersiya prioritetləri əsasında təyin olunmuş kütləvi bazar mağazaları üçün alış və çeşid planlamasında iştirak etmək.
  • Məhsul performansını mağaza, kateqoriya, ölçü, qiymət səviyyəsi və mövsüm üzrə nəzərdən keçirmək və çeşidin dərinliyi, genişliyi və mağazalar üzrə bölgüsü ilə bağlı tövsiyələr vermək.
  • Mövsümi alış məlumatları, replenishment ehtiyacları, sürətlə satılan məhsullar, yavaş satılan məhsullar və çatışmayan çeşid imkanları üzrə Kommersiya / Brend komandaları ilə koordinasiya etmək.
  • Mövsüm sonrası analizləri dəstəkləmək və gələcək alış qərarları üçün praktiki rəy vermək.

Qiymət, marja, endirim və promo strategiyası

  • Təyin olunmuş mağazalar üzrə qiymət effektivliyini, ümumi marjanı, endirim səviyyələrini və promo nəticələrini izləmək.
  • Şirkətin kommersiya strategiyası və təsdiqlənmiş marja hədəflərinə uyğun olaraq qiymət dəyişiklikləri, endirim planları və promo mexanizmləri üzrə təkliflərdə iştirak etmək.
  • Endirim və promoların satışa, marjaya, sell-through göstəricilərinə və inventarın təmizlənməsinə təsirini analiz etmək.
  • Təsdiqlənmiş qiymət dəyişikliklərinin, endirimlərin, promoların və kampaniya təlimatlarının mağazalarda düzgün və vaxtında icra olunmasını təmin etmək.

Stok və inventar məsuliyyəti

  • Təyin olunmuş mağazalar üzrə stok mövcudluğunu, inventar səviyyələrini, sell-through, stokun yaşlanması, artıq stok, çatışmaz stok və stok tükənməsi risklərini idarə etmək və izləmək.
  • Mağazalar arasında düzgün replenishment, bölgü, transfer və stok balansını təmin etmək üçün Kommersiya, Logistika, Anbar və Mağaza komandaları ilə koordinasiya etmək.
  • Sürətli satılan, yavaş satılan, çatışmayan, zədələnmiş və ya kommersiya baxımından uyğun olmayan məhsullar üzrə mağaza rəylərini nəzərdən keçirmək və aidiyyəti tərəflərlə vaxtında tədbir görülməsini təmin etmək.
  • Stok uyğunsuzluqları, sayım nəticələri və inventar etibarlılığına təsir edən əməliyyat problemləri üzrə izləmə apararaq inventar dəqiqliyini dəstəkləmək.

Mağaza əməliyyatları və icra

  • Təyin olunmuş mağazaların təsdiqlənmiş şirkət siyasətləri, prosedurları, retail standartları və idarəetmə təlimatlarına uyğun fəaliyyət göstərməsini təmin etmək.
  • Əməliyyat intizamı, xidmət keyfiyyəti, heyətin hazırlığı, stok mövcudluğu, inventar vəziyyəti və mağaza təqdimatını qiymətləndirmək üçün müntəzəm mağaza ziyarətləri həyata keçirmək.
  • Satışa, xidmətə, heyətə, stoka və uyğunluğa təsir edən əməliyyat problemlərinin həllində Mağaza Menecerlərinə dəstək olmaq.
  • Kampaniyalar, mövsümi dövrlər, yeni stokların çıxışı və pik satış dövrlərində mağazaların hazırlığını dəstəkləmək.
  • İdarə etdiyi brendlər üzrə mağazaların effektiv fəaliyyətinin təmin edilməsi məqsədilə brend tərəfindən müəyyən edilmiş prosedur (endirim faizləri, kolleksiya sifarişləri və məhsulun stok vəziyyəti), standart və tələblərin vaxtında və düzgün icrasını təmin etmək.
  • Brend standartları və prosedurlarına uyğun mağaza idarəçiliyinin təmin edilməsinə cavabdehdir.

Vizual merçendayzinq və müştəri təcrübəsi

  • Mağazaların təsdiqlənmiş vizual merchandising standartlarına, display qaydalarına, promo yerləşdirmələrinə və brend təqdimat tələblərinə uyğunluğunu təmin etmək.
  • Mağaza ziyarətləri, müştəri rəyləri, şikayətlər və mövcud xidmət keyfiyyəti göstəriciləri vasitəsilə müştəri xidmət standartlarını izləmək.
  • Mağaza təqdimatını, satış davranışını və müştəri təcrübəsini yaxşılaşdırmaq üçün Vizual Merchandising, Marketinq, Təlim və HR komandaları ilə koordinasiya etmək.

İnsan resurslarının idarə olunması və mağaza komandalarına dəstək

  • Gündəlik əməliyyatlar, performans izlənməsi, heyət planlaması və problemlərin həlli üzrə Mağaza Menecerlərinə rəhbərlik və nəzarət etmək.
  • İşə qəbul ehtiyacları, heyət çatışmazlığı, işçi münasibətləri, intizam məsələləri və performans problemləri üzrə HR ilə koordinasiya etmək.
  • Zərurət olduqda əsas mağaza vəzifələri üzrə müsahibələrdə iştirak etmək və mağaza komandaları üçün təlim ehtiyaclarının müəyyən edilməsini dəstəkləmək.

Uyğunluq, audit və hesabatlılıq

  • Mağazaların daxili qaydalara, nağd pul idarəetmə standartlarına, stok nəzarət tələblərinə, inventar intizamına və əməliyyat qaydalarına uyğunluğunu təmin etmək.
  • Mağaza auditlərində iştirak etmək və razılaşdırılmış müddətlər çərçivəsində düzəldici tədbirlərin icrasını izləmək.
  • Satış performansı, kommersiya KPI-ları, inventar vəziyyəti, mağaza ziyarət nəticələri, əməliyyat problemləri, KPI irəliləyişi və fəaliyyət planları üzrə müntəzəm hesabatlar hazırlamaq.

Səlahiyyət və məhdudiyyətlər

  • Təsdiqlənmiş şirkət prosedurları çərçivəsində Mağaza Menecerlərinə əməliyyat göstərişləri verə bilər.
  • Aşağı performans, xidmət problemləri, stok problemləri və ya əməliyyat uyğunluğunun pozulması hallarında Mağaza Menecerlərindən fəaliyyət planları tələb edə bilər.
  • Təsdiqlənmiş kommersiya strategiyası və verilmiş səlahiyyətlər çərçivəsində çeşid, replenishment, qiymət, endirimlər, promolar və mağaza stok bölgüsü üzrə tövsiyələr verə bilər.
  • Heyət dəyişiklikləri, təlim ehtiyacları, intizam tədbirləri və performansın yaxşılaşdırılması üzrə tövsiyələr verə bilər.
  • Stok itkisi, nağd pul uyğunsuzluqları, müştəri şikayətləri, işçi davranışı pozuntuları, inventar riskləri, marjanın azalması və ya təkrar uyğunluq pozuntuları ilə bağlı ciddi məsələləri eskalasiya edə bilər.
  • Rəsmi şəkildə səlahiyyət verilmədiyi halda təchizatçı ödənişlərini təsdiqləmək, müqavilələr bağlamaq və ya şirkət siyasətlərini dəyişmək səlahiyyəti yoxdur.

Məsuliyyət sahəsi:

  • Satış idarəçiliyi
  • Mağaza əməliyyatları
  • Stok nəzarəti
  • Kommersiya planlaması

Tələblər:

Təhsil:

  • Ali təhsil (Biznes idarəçiliyi, menecment, retail menecmenti, iqtisadiyyat, marketinq və ya əlaqəli ixtisaslar)
  • Retail, kommersiya, alış və ya idarəetmə sahəsində müvafiq sertifikatların olması üstünlükdür

Təcrübə:

  • Retail satış, mağaza əməliyyatları və ya retail idarəçiliyi sahəsində minimum 4 il təcrübə, o cümlədən ən azı 2 il nəzarətçi və ya rəhbər vəzifədə iş təcrübəsi.
  • Birdən çox mağazanın idarə olunması və kütləvi bazar retail təcrübəsi üstünlükdür.
  • Alış, çeşid planlaması, qiymətqoyma, marja nəzarəti, endirimlərin idarə olunması və stok məsuliyyəti üzrə təcrübə üstünlükdür.

Peşəkar biliklər:

  • Retail əməliyyatları, mağaza idarəçiliyi, satış texnikaları, müştəri xidmət standartları, retail KPI-ları, vizual merçendayzinq prinsipləri, kampaniyaların icrası, uyğunluq və daxili nəzarətin əsasları, alış və çeşid planlaması, qiymət və marja idarəçiliyi, endirim və promo strategiyası, stok və inventar idarəçiliyi.

Texniki bacarıqlar:

  • MS Office proqramlarında güclü biliklər, xüsusilə Excel və PowerPoint.
  • İngilis dili biliyi üstünlükdür.
  • ERP / retail hesabat sistemləri ilə təcrübə üstünlükdür.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily118
  • Weekly650
  • Monthly783