Smeta üzrə mütəxəssis (Freelance)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Smeta üzrə mütəxəssis (Freelance)

  • Deadline 3 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sinteks Şirkətlər Qrupu “Smeta üzrə mütəxəssis (Freelance)” axtarır!

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

  • Vəzifənin əsas rolu layihə sənədləri əsasında tikinti və interyer işlərinə dair əhatəli məsrəf cədvəllərinin (BoQ) hazırlanmasını təmin etməkdir. Namizəd memarlıq, konstruksiya və MEP sahələri üzrə material və əmək həcmlərini dəqiq hesablamalı, texniki spesifikasiyalara uyğunluğu yoxlamalı və layihə üzrə maliyyə qiymətləndirməsini peşəkar şəkildə təqdim etməlidir.

 

Vəzifə öhdəlikləri:

  • Beynəlxalq brendlər tərəfindən təqdim olunan ətraflı layihə (AutoCAD / DWG formatında) eskizləri əsasında əhatəli məsrəf cədvəllərinin (BoQ) hazırlanması.
  •  Memarlıq, konstruksiya və MEP (Mexaniki, Elektrik, Santexnika) işləri üzrə material və əmək həcmlərinin dəqiq hesablanması.
  • BoQ sənədlərinin layihə sənədlərinə və texniki spesifikasiyalara uyğunluğunun dəqiqliyinin və ardıcıllığının təmin edilməsi.
  • Təqdim olunan hesablamalar üzrə dəqiq və peşəkar rəyin verilməsi.

Təhsil:

  • Mülki mühəndislik, memarlıq və ya smeta mühəndisliyi (və ya ekvivalent) üzrə ali təhsil.

İş təcrübəsi:

  • Pərakəndə, kommersiya və ya interyer fit-out layihələri üçün BoQ hazırlama təcrübəsi.
  • Memarlıq və MEP bölmələrinin koordinasiyası sahəsində təcrübə.

Professional Biliklər:

  • AutoCAD (DWG faylları) və BoQ hesablamaları üçün proqram təminatları (Excel, CostX və ya oxşar) üzrə yüksək səviyyədə bilik.
  • Tikinti materialları, üsulları və bitirmə işləri barədə yaxşı anlayış.
  • Detallara diqqət və beynəlxalq layihə sənədləri ilə işləmək bacarığı.

Təklif edirik:

  • Bir neçə beynəlxalq pərakəndə layihələrdə əməkdaşlıq imkanı.
  • Üstün və orta qiymət seqmentinə aid ən yüksək keyfiyyət və prestijə sahib dünya brendlərlə təcrübə qazanmaq imkanı.
  • Layihəəsaslı əməkhaqqı sistemi.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Smeta üzrə mütəxəssis (Freelance)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily29
  • Weekly256
  • Monthly277