İşə qəbul üzrə Təcrübəçi Axtarırıq!
Əgər işə qəbul sahəsində inkişaf etmək və müasir İR alətlərindən istifadə edərək peşəkar bacarıqlarınızı artırmaq istəyirsinizsə, bu fürsət sizin üçündür!
Bizim komandaya qoşularaq:
- Real layihələr üzərində iş təcrübəsi
- Peşəkar mentorluq və təlim sessiyaları
- Dəstəkləyici və əməkdaşlığa əsaslanan iş mühiti
- Sinteks-də uzunmüddətli karyera qurmaq imkanı
Əsas tələblər:
Təhsil:
- Ali təhsil - cari ilin 4-cü kurs Bakalavr və Magistr tələbələri (İqtisadiyyat, Psixologiya, Sosiologiya, İnsan Resurslarının idarəedilməsi, BBA, MBA)
Biliklər və bacarıqlar:
- Tapşırıqların və layihə idarəedilməsi üzrə texniki alətlərdə biliklər (JIRA, ClickUp, Mondoy.com və s.)
- İnsan resursları üzrə müasir alətlərdən istifadə bacarığı (ChatGPT, Sosial platformalar və s.)
- MS Office proqramları biliyi;
- HR Təlimlərində iştirak edən namizədlərə üstünlük verilir.
Bu fürsəti qaçırmayın! CV-nizi Müraciət Et butonunda yerləşən mail ünvanına mövzu hissəsində Təcrübə Proqramı (İşə Qəbul) qeyd edərək göndərin və bizimlə inkişaf edin!