Tədbir/Promo Meneceri

  • Deadline 7 İyul 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sinteks Şirkətlər qrupuna hal hazırda Tədbir/Promo Meneceri tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

Bu vəzifənin rolu satışı artırmaq, brendin tanıtmaq və müştəriləri cəlb etmək üçün müxtəlif tədbirlər, promoşnlar və marketinq fəaliyyətlərinin təşkilini planlaşdırmaq və həyata keçirilməkdir.

Vəzifə öhdəlikləri:

Tədbirin Planlaşdırılması:

Moda nümayişləri, məhsul təqdimatları, mağaza açılışları və digər tədbirləri konseptuallaşdırır və planlaşdırır. Tədbirin mövzularını, məqsədlərini və büdcələrini hazırlayır. Tədbirin qrafiklərini hazırlayır və bütün tapşırıqların qrafikə uyğun tamamlanmasını təmin edir.

Promo kampaniyaları İdarəetmə:

Satışları artırmaq və müştəriləri cəlb etmək üçün promo kampaniyaları hazırlayır və həyata keçirir. Cazibədar promo materialları yaratmaq üçün marketinq komandası ilə əməkdaşlıq edir. Satış məlumatları və müştəri rəyləri vasitəsilə promoşnların effektivliyini izləyir və təhlil edir. Promo mövzularına uyğun gələn, göz oxşayan mağaza vitrinlərini hazırlamaq üçün vizual merçendayzerlərlə işləyir.

Büdcə İdarəetmə:

Tədbirlər və promoşnlar üçün büdcəni idarə edir, xərcləri izləyir və qənaətliliyi təmin edir.

Münasib şərtləri və qiymətləri təmin etmək üçün satıcılar və təchizatçılarla danışıqlar aparır.

Marketinq əməkdaşlığı:

Tədbir və tanıtım strategiyalarını ümumi marketinq məqsədləri ilə uyğunlaşdırmaq üçün marketinq komandası ilə tərəfdaşlıq edir. Marketinq komandasına sosial media və digər rəqəmsal kanallardan istifadə etməklə keçirilən tədbirlərin və promoşnların təşviq olunmasına istiqamət verir.

Hesabat və Təhlil:

Tədbirlərin və promoşnların uğuru, o cümlədən satış rəqəmləri, piyada axını və müştəri cəlb edilməsi haqqında məlumatları toplayır və təhlil edir.

Komanda Koordinasiyası:

Tədbirlərin və promoşnların qüsursuz icrasını təmin etmək üçün marketinq, satış, vizual ticarət və mağaza idarəçiliyi daxil olmaqla, təchizatçılar və digər çarpaz funksional komandalarla sıx əməkdaşlıq edir.

Təhsil:

  • Ali təhsil

Təcrübə:

  • Tədbirlərin təşkili sahəsində ən az 2 il təcrübə 

Professional biliklər:

  • Tədbirlərin təşkili
  • Səlis İngilis dili biliyi 
  • MS Office Proqramları 

Professional bacarıqlar və kompetensiyalar: 

  • Təşkilati bacarıqlar 
  • Yaradıcılıq 
  • Kommunikasiya bacarıqları 
  • Adaptasiya olma bacarığı 
  • Vaxtın idarə edilməsi 
  • ” Netvorkinq” 

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Tədbir/Promo Meneceri” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər

  • Günlük6
  • Həftəlik397
  • Aylıq1746