Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu: Bu vəzifənin rolu təlim və inkişaf üzrə layihə və proqramların həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Vəzifə öhdəlikləri:
- Yeni işə qəbul olunan əməkdaşlara orientasiya təlimini keçmək
- Kritik vəzifələr üzrə davamçılıq proqramlarını həyata keçirmək
- Təlim ehtiyaclarına uyğun olaraq təlim və inkişaf proqramlarının təşkili
- Təlim ehtiyacları ilə bağlı təhlil və araşdırmalar etmək
- Təlim öncəsi (pre-test) və təlimdən sonra (post-test) test keçirilməsini təmin etmək
- Təlim və təlim iştirakçılarının qiymətləndirilməsi və nəticələrin təhlili
- İşçi məmnunluğunun ölçülməsi və tədbirlər planının hazırlanması
- Əməkdaşların şirkətə bağlılıqlarının artırılması yönündə edilən işləri yerinə yetirmək (sorğular keçirmək həmçinin, nəticələrini hazırlamaq və təqdim etmək)
- Rəhbər tərəfindən təyin olunmuş digər tapşırıqları icra etmək
Məsuliyyət sahəsi:
- Davamçılıq proqramları
- Təlim və inkişaf proqramları
- İşçi məmnunluğu
Professional bilik və bacarıqlar:
- Təlim və inkişaf proseduru
- MS Office proqramları
- İngilis dili yaxşı səviyyədə
Təhsil:
- Ali təhsil (Biznesin İdarəedilməsi, İnsan Resurslarının İdarə olunması, Psixologiya, İqtisadiyyat üzrə təhsil üstünlükdür)
- Təlim və inkişaf üzrə müvafiq sertifikatlar arzu olunandır
İş Təcrübəsi:
- Təlim və inkişaf sahəsində 2 ildən artıq iş təcrübəsi
Səriştələr:
- Analitik düşüncə və təhlil etmə
- Effektiv və pozitiv ünsiyyət qurma
- Təqdimat bacarıqları
- Problemlərin operativ və səmərəli həlli
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təlim və inkişaf üzrə mütəxəssis” qeyd edərək Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.