Sinteks Group of Companies Sinteks Group of Companies
  • 535

Təlim və inkişaf üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Təlim və inkişaf üzrə mütəxəssis

  • Истекает 25 май 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu: Bu vəzifənin rolu təlim və inkişaf üzrə layihə və proqramların həyata keçirilməsini təmin etməkdən ibarətdir.

Vəzifə öhdəlikləri:

  • Yeni işə qəbul olunan əməkdaşlara orientasiya təlimini keçmək
  • Kritik vəzifələr üzrə davamçılıq proqramlarını həyata keçirmək
  • Təlim ehtiyaclarına uyğun olaraq təlim və inkişaf proqramlarının təşkili
  • Təlim ehtiyacları ilə bağlı təhlil və araşdırmalar etmək
  • Təlim öncəsi (pre-test) və təlimdən sonra (post-test) test keçirilməsini təmin etmək
  • Təlim və təlim iştirakçılarının qiymətləndirilməsi və nəticələrin təhlili
  • İşçi məmnunluğunun ölçülməsi və tədbirlər planının hazırlanması
  • Əməkdaşların şirkətə bağlılıqlarının artırılması yönündə edilən işləri yerinə yetirmək (sorğular keçirmək həmçinin, nəticələrini hazırlamaq və təqdim etmək)
  • Rəhbər tərəfindən təyin olunmuş digər tapşırıqları icra etmək

Məsuliyyət sahəsi:

  • Davamçılıq proqramları
  • Təlim və inkişaf proqramları
  • İşçi məmnunluğu

Professional bilik və bacarıqlar:

  • Təlim və inkişaf proseduru
  • MS Office proqramları
  • İngilis dili yaxşı səviyyədə

Təhsil:

  • Ali təhsil (Biznesin İdarəedilməsi, İnsan Resurslarının İdarə olunması, Psixologiya, İqtisadiyyat üzrə təhsil üstünlükdür)
  • Təlim və inkişaf üzrə müvafiq sertifikatlar arzu olunandır

İş Təcrübəsi:

  • Təlim və inkişaf sahəsində 2 ildən artıq iş təcrübəsi

Səriştələr:

  • Analitik düşüncə və təhlil etmə
  • Effektiv və pozitiv ünsiyyət qurma
  • Təqdimat bacarıqları
  • Problemlərin operativ və səmərəli həlli

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təlim və inkişaf üzrə mütəxəssis” qeyd edərək Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily23
  • Weekly707
  • Monthly2606