Vizual Merçendayzer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vizual Merçendayzer

  • Deadline 16 Noyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət, üstün və orta qiymət seqmentinə aid ən yüksək keyfiyyət və prestijə sahib dünya brendləri və geniş istehlakçı kütləsinə xitab edən markaları təmsil edir.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

Vizual Merçendayzer (VM) satış nöqtələrində cəlbedici vizual və məhsul təqdimatlarının yaradılması və saxlanılması üçün cavabdehdir. O, satış məntəqələrində fəaliyyət göstərir, satış sahəsinin yerləşdirilməsi və müştəri hərəkət axınının planlaşdırılmasında iştirak edir və məhsul düzülüşlərini və rəfləri şirkətin və brendin VM təlimatlarına uyğun şəkildə tənzimləyir. Eyni zamanda, alış-veriş təcrübəsini yaxşılaşdırmaq və satışları artırmaq məqsədilə alıcılar, mağaza menecerləri və satış heyəti ilə əməkdaşlıq edir. 

Vəzifə öhdəlikləri:

Vizual Təqdimatların Qurulması və Saxlanması:

  • Şirkətin satış məntəqələrinin estetik cəlbediciliyini artırmaq və VM təlimatlarına uyğunluğunu təmin etmək məqsədilə işıqlı qutular, manekenlər və məhsul stendləri daxil olmaqla vizual və məhsul təqdimatlarını qurmaq;
  • Təqdimatları mütəmadi olaraq yeniləmək – cari məhsul çeşidləri, aksiyalar, mövsümi temalar və məhsul buraxılışlarını əks etdirmək;
  • Bütün məhsul təqdimatlarının yüksək vizual təqdimat standartlarına uyğun şəkildə qorunub saxlanılmasını təmin etmək.

Satış Sahəsinin Planlaşdırılması və Əməkdaşlıq:

  • Müştəri hərəkət axınının optimallaşdırılması və cəlbedici alış-veriş təcrübəsinin yaradılması məqsədilə satış sahəsinin yerləşdirilməsinin planlaşdırılmasına dəstək vermək;
  • Alıcılar, mağaza menecerləri, satış heyəti və marketinq komandası ilə əməkdaşlıq edərək məhsul çeşidlərini anlayaraq onları təqdimatlara effektiv şəkildə daxil etmək;
  • Bütün təqdimatların brend tələblərinə və VM standartlarına uyğunluğunu yoxlamaq üçün mütəmadi yoxlamalar aparmaq.

Təhsil:

  • VM, interyer dizaynı, vizual incəsənət, marketinq və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi (tamamlanmış və ya davam edən);
  • VM və ya digər yaradıcı fəaliyyət sahələrində müvafiq sertifikatlar, təlimlər.

İş təcrübəsi:

  • VM və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi;
  • Cəlbedici və effektiv vizual təqdimatlar yaratmaq bacarığına malik olmaq;
  • Moda sənayəsində iş təcrübəsi üstünlük sayılır.

Professional Bacarıq və Kompetensiyalar

  • Güclü vizual və interyer dizayn bacarıqları;
  • Əla təşkilatçılıq və planlaşdırma bacarıqları;
  • Fərqli funksional komandalarla effektiv əməkdaşlıq bacarığı;
  • Yaradıcı düşüncə və detallara diqqət.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Vizual Merçendayzer” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily1
  • Weekly1
  • Monthly1587