İş Yeri: Sinteks Şirkətlər Qrupu
İş qrafiki: 5 gün, iş saatı: 09:00-18:00
Vəzifənin təsviri:
Bütün ölkələr üzrə Vizual Merchandising (VM) fəaliyyətini koordinasiya və nəzarətdə saxlamaq, bütün mağazaların brend standartlarına uyğun işləməsini təmin etmək. VM təlimatlarını aydın və praktik göstərişlərə çevirmək, vaxtında icranı təmin etmək və foto-təsdiqlər və auditlər vasitəsilə uyğunluğu yoxlamaq.
Vəzifə öhdəlikləri:
Standartlar, İdarəetmə və Nəzarət
- Təlimatlar əsasında regional VM briflərini hazırlamaq; qeyri-müəyyənliyi aradan qaldırmaq və yerli mağaza formatlarına uyğunlaşdırmaq.
- Vahid VM Standartları Manualını idarə etmək (vitrinlər, floorsetlər, stil qaydaları, lövhə və POS qaydaları, qiymət kommunikasiyası).
- VM uyğunluq proqramını həyata keçirmək: foto təsdiqlər, yoxlama siyahıları, aylıq auditlər və korrektiv fəaliyyət planları.
Aktivasiya Təqvimi və İcra
- Regional VM təqviminə sahiblik etmək (qlobal aktivasiya kampaniyaları, mövsümi floorsetlər, endirimlər, qiymət kommunikasiyası) və Satış, Marketinq, Allocation və Logistika ilə uyğunlaşdırmaq.
- Vitrinlərin, floorsetlərin və qiymət/POS materiallarının vaxtında və tam icrasını təmin etmək; material, stok və ya avadanlıqla bağlı maneələri operativ həll etmək.
Ölkə və Mağaza üzrə Kouçinq
- Ölkə üzrə VM Menecerlərinə rəhbərlik etmək; mağaza VM komandalarına aydın tapşırıqlar, planogramlar və stil nümunələri təqdim etmək (lookbooklar, foto bələdçilər).
- Qısa “how-to” təlimləri keçirmək (vitrinlər, denim divarları, maneken stili, qiymət lövhələri, zonalama, müştəri axını).
- Bacarıqların inkişafı: VM bacarıqlarını rüblük qiymətləndirmək, inkişaf planları hazırlamaq və yeni mağaza açılışları üçün ehtiyat kadr bazası formalaşdırmaq.
Mağaza Açılışları, Yenidənqurma və İnkişaf Planlarının Dəstəyi
- Yeni mağazalar və yenidənqurma layihələri üçün VM zonalama, avadanlıq siyahısı, vitrin spesifikasiyaları, açılışöncəsi yoxlama siyahısı və 1-ci gün floorset planını təqdim etmək.
- Açılışa tam hazır vəziyyəti təmin etmək (materiallar, manekenlər, işıqlandırma, formalar, POS) və mağaza təqdimatını təhvil öncəsi təsdiqləmək.
Çarpaz Funksional Əməkdaşlıq
- Merchandising və Allocation komandaları ilə hekayələri dəstəkləyən məhsul dərinliyi üzrə, Marketinqlə kampaniya materialları və hüquqi qiymət mətnləri üzrə, Construction/Facilities ilə avadanlıq və işıqlandırma üzrə, Loss Prevention ilə VM otaqlarının təhlükəsizliyi və səliqəsi üzrə əməkdaşlıq etmək.
- Kommunikasiyanı sadə saxlamaq: bir səhifəlik briflər, vizual nümunələr və dəqiq icra tarixləri.
Hesabatlılıq və Davamlı İnkişaf
- Həftəlik: vitrin və floorsetlər üzrə foto dashboardlar; uyğunsuzluqlar və görüləcək tədbirlərin vurğulanması.
- Aylıq: ölkə və mağaza üzrə VM scorecardları; satış göstəriciləri ilə əlaqələndirmə (əsas hekayələrin sell-through-u, UPT/ATV təsiri).
- Hər aktivasiyadan sonra: qısa analiz – nələr uğurlu oldu, növbəti dəfə nəyi dəyişmək lazımdır.
Əsas Performans Göstəriciləri (KPI-lar)
- Uyğunluq göstəricisi (audit və foto təsdiq faizi).
- Aktivasiya OTIF % (vitrin və floorsetlərin son tarixədək istifadəyə verilməsi, materialların mövcudluğu).
- Lövhə və qiymət dəqiqliyi % (qiymət/POS qaydalarına uyğunluq).
- Mağaza açılışına hazırlıq % (VM elementlərinin tamlığı, 1-ci gün təsdiqi).
- VM-in satışa təsiri (ilk 2 həftədə əsas hekayələrin sell-through-u; UPT/ATV-nin baza göstəricisi ilə müqayisəsi).
- Təlim əhatəliliyi (plan üzrə təlim keçmiş VM komandası; bacarıq artımı).
İş təcrübəsi
- Moda pərakəndəsində 5+ il vizual merçendayzinq (VM) təcrübəsi; bir neçə mağazaya paralel nəzarət. Regional və ya bir neçə ölkə üzrə koordinasiya təcrübəsi üstünlükdür.
- Komanda idarəçiliyi: Ölkə/ərazi VM-lərinin rəhbərliyi, mağaza VM-lərinin öyrədilməsi və inkişafı.
- Mövsümi kampaniyalar, endirim dövrləri və yeni mağaza açılışlarının planlanması və icrasında güclü nəticələr.
Peşəkar bacarıqlar və səriştələr
- Stil quruluşu, zonalama, müştəri axınının düzgün yönləndirilməsi (traffic flow), stend/avadanlıq planlaması, qiymətlərin düzgün və aydın təqdimatı.
- Güclü planlama və nəzarət: çek-listlərlə işləmək, foto-hesabat və təsdiq (photo sign-off), sadə izləmə cədvəlləri/dashbordlar.
- Aydın yazılı və vizual ünsiyyət: brend qaydalarını sadə və icra edilə bilən briflərə çevirmək.
- Merçendayzinq və məhsul paylanması (allocation) ilə mağaza əməliyyatları arasındakı asılılıqları praktik səviyyədə anlamaq.
- MS Office (xüsusən PowerPoint/Slides) üzrə yüksək səviyyə; əsas BI və foto-dashbordlarla işləmək bacarığı.
Məsuliyyət Sahələri
- Standartlar, İdarəetmə və Nəzarət
- Aktivasiya Təqvimi və İcra
- Ölkə və Mağaza üzrə Kouçinq
- Mağaza Açılışları, Yenidənqurma və İnkişaf Planlarının Dəstəyi
- Çarpaz Funksional Əməkdaşlıq
- Hesabatlılıq və Davamlı İnkişaf
Müraciət qaydası:
Xahiş olunur, CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.