Əsas tələblər:
- Minimum 10 illik rəhbərlik təcrübəsi (tercihen Baş Koordinator və ya Əməliyyat Rəhbəri kimi);
- FMCG, istehsalat, distribusiya və ya pərakəndə sahələrində təcrübə üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dili (ingilis dili arzuolunandır)
- Ali təhsil (MBA və ya əlaqəli sahələrdə magistr təhsili üstünlükdür).
Tələb olunan səriştələr:
- Strateji idarəetmə və əməliyyatların planlaşdırılması üzrə dərin bilik;
- KPI əsaslı performans ölçmə və izləmə sistemləri qurmaq bacarığı;
- ERP, CRM və idarəetmə sistemləri ilə təcrübə (SAP, Oracle, Zoho və ya digər);
- Analitik hesabatların hazırlanması və vizual təqdimat bacarığı (Excel, Power BI, Tableau və s.);
- Maliyyə göstəricilərinin şərhi və departamentlərarası büdcə koordinasiyası üzrə bilik;
- Layihə idarəetmə metodologiyalarında (Agile, PMP, Lean) təcrübə.
- Liderlik və Komanda İdarəetməsi: Müxtəlif komandaları eyni məqsədə yönəldə bilən, ilhamverici liderlik yanaşması;
- Çevik Qərarvermə: Çətin və təzyiq altında olan situasiyalarda tez və effektiv qərar alma bacarığı;
- Əlaqə və Təsir: Yuxarı rəhbərlik, departament rəhbərləri və əməliyyat komandaları ilə konstruktiv və strateji ünsiyyət qurma bacarığı;
- Nəticə Fokuslu Yanaşma: Prosesləri yalnız idarə etməklə kifayətlənməyib, nəticəyə fokuslanan və icra yönümlü düşüncə tərzi;
- Təşəbbüskarlıq və İnsiyativ: Problemləri öncədən hiss etmək və müdaxilə etməkdə proaktiv yanaşma;
- Etibar və Etik Yanaşma: Məlumatların konfidensiallığına və etik qərarverməyə yüksək səviyyədə sadiqlik.
İş barədə:
- CEO və İdarə Heyətinin qəbul etdiyi qərarların icrasını təmin etmək və proseslərə nəzarət etmək;
- Satış, Marketinq, Logistika, İstehsalat, Maliyyə, İnsan Resursları və digər əsas bölmələr arasında koordinasiyanı təmin etmək;
- Proseslərin səmərəliliyini artırmaq üçün təkmilləşdirmə strategiyalarını hazırlamaq və tətbiq etmək;
- KPI-lar əsasında performansın idarə edilməsini təşkil və təqib etmək;
- Tapşırıqların vaxtında və keyfiyyətlə icrasını izləmək, gecikmə hallarında operativ müdaxilə etmək;
- Komandaların hesabatlılığını təmin etmək və İcraçı rəhbərliyə detallı analitik hesabatlar təqdim etmək;
- Daxili əməkdaşlıq mədəniyyətini və təşkilati motivasiyanı gücləndirəcək liderlik davranışları nümayiş etdirmək.
İş şəraiti:
- 5 günlük iş rejimi; saat 09:00/18:00
- Vəzifə üzrə əmək haqqı digər imtiyazlar:
- Korporativ telefon nömrəsi və danışıq paketi;
- Əmək haqqı razılaşma yolu ilə
- Nahar şirkət tərəfindən təmin olunur
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5)
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Baş İcra Koordinatoru” yazmaqla Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.