Sirab Satış və Dağıtım MMC Sirab Satış və Dağıtım MMC

Baş Satış Təmsilçisi — HORECA Kanalı

  • Deadline 30 Noyabr 2026

Əsas vəzifə öhdəlikləri

  • HORECA kanalı üzrə satış planlarının, dövriyyə və əsas satış göstəricilərinin icrasını təmin etmək;
  • Komandanın gündəlik fəaliyyətini planlaşdırmaq, tapşırıqları bölüşdürmək və icraya nəzarət etmək;
  • Komanda üzvlərinin nəticələrini izləmək, inkişaf ehtiyaclarını müəyyənləşdirmək və onları iş prosesində dəstəkləmək;
  • Otel, restoran, kafe və iaşə obyektləri üzrə müştəri ziyarətlərini və satış marşrutlarını idarə etmək;
  • KPI-ları, satış dinamikasını və kanal üzrə inkişaf imkanlarını təhlil edərək tədbirlər planı hazırlamaq;
  • Yeni HORECA müştərilərini cəlb etmək və mövcud müştərilərlə uzunmüddətli əməkdaşlığı inkişaf etdirmək;
  • Məhsul portfelini təqdim etmək, kommersiya şərtləri üzrə danışıqlar aparmaq və razılaşmaların icrasına nəzarət etmək;
  • Debitor borclarına, sifarişlərin icrasına, məhsul mövcudluğuna və təqdimat standartlarına nəzarət etmək;
  • Satış nəticələri və müştəri portfeli üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Satış, logistika, anbar, marketinq və maliyyə şöbələri ilə koordinasiyalı işləmək.

Namizəd üzrə tələblər

  • Təhsil: Orta ixtisas və ya ali təhsil;
  • Təcrübə: HORECA satış sahəsində iş təcrübəsi; komanda idarəetməsi təcrübə
  • Dil: Azərbaycan dili - – əla, İngilis dili və Rus dili – üstünlükdür
  • Kompüter: Microsoft Office proqramları, xüsusilə Excel üzrə yaxşı bilik.

Fərdi keyfiyyət göstəriciləri

  • Liderlik və komanda idarəetməsi;
  • Planlaşdırma, iş bölgüsü və icra nəzarəti;
  • Satış analitikası və nəticəyönümlü yanaşma;
  • Güclü ünsiyyət, danışıqlar və motivasiya bacarıqları;
  • Operativ qərarvermə və problem həlli.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily82
  • Weekly533
  • Monthly2502