Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavr (Marketinq, iqtisadiyyat yaxud idarəetmə sahəsində)
- Komputer bilikləri: MS Office – Excell, Word, PowerPoint, Outlook – yaxşı;
- Dil bilikləri: Azərbaycan dili- əla, Rus dili- əla, İngilis dili- əla;
- Təcrübə: Sürətli İstehlak sektorunda minimum 1 il iş təcrübəsi;
Fərdi keyfiyyət göstəriciləri:
- Analitik düşünmə bacarığı;
- Komandada işləmə bacarığı;
- Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
- Planlaşdırma və problem həll etmə bacarığı.
- Yenilikçi və proaktiv yanaşma;
- Məsuliyyətli.
Vəzifə öhdəlikləri:
- Ümumi brend strategiyasını müəyyən etmək və həyata keçirmək;
- Bazar tendensiyalarını, istehlakçı üstünlüklərini və rəqib fəaliyyətlərini izləmək, brend strategiyalarını və inkişafını müəyyən etmək;
- Anbar stok hərəkəti və satış proqnozlarına uyğun olaraq sifarişləri vermək;
- Mütəmadi olaraq satış analizlərinin hesabatlarının verilməsi və analiz nəticələrinə uyğun həll yönümlü təkliflərin verilməsi;
- Kampaniya ilə bağlı olan həvalələri bilmək və bu barədə əlaqədar şəxslər arasında əlaqələrin qurulmasını təmin etmək;
- Təchizatçəlarla üzləşmə aparmaq;
- Ödənişlərlə bağlı mühasibatlıq və maliyyə ilə daima əlaqədə olmaq;
- Rəhbərliyə aylıq görülmüş işlər barədə hesabatın verilməsi.
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Yemək şirkət tərəfindən;
Şirkət nömrəsi və danışıq paketi.
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı)
Müraciət forması:
- Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Brend Menecer” yazmaqla elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.