Əsas tələblər:
- Ali təhsil (İqtisadiyyat, Biznes İdarəçiliyi, Statistika Menecment və ya əlaqəli sahələr üzrə);
- Performans idarəetməsi, analitika və ya proseslərin idarə olunması sahəsində minimum 3 il iş təcrübəsi;
- Güclü analitik düşünmə, məlumatların təhlili və hesabat bacarıqları;
- MS Excel və digər analitik proqramlarda yüksək səviyyəli işləmə bacarığı;
- Yüksək məsuliyyət, operativlik və detallara diqqət;
- Komanda ilə işləmə və departamentlərarası əlaqələri effektiv idarəetmə bacarığı.
Vəzifə öhdəlikləri:
- KPI və hədəf əsaslı performans göstəricilərinin toplanması, təmizlənməsi və təhlil edilməsi;
- Müəyyən edilmiş dövrlər üzrə (aylıq/rüblük) fərdi və departament səviyyəsində performans hesabatlarının (dashboard) hazırlanması;
- Performansın əməkhaqqı və bonus sisteminə təsirini hesablamaq üçün Excel və ya digər alətlərdə riyazi modellərin qurulması;
- Hədəflərdən yayınmaların izlənilməsi və bu barədə layihə rəhbərinə vaxtında məlumatın verilməsi;
- Texniki məlumat mübadiləsinin aparılması və sistem inteqrasiyasına köməklik göstərilməsi.
- Verilənlər bazası və məlumat toplama sistemlərinin hazırlanması və tətbiqi;
- Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatlar hazırlamaq;
- Statistik üsullardan istifadə edərək məlumatların təhlili və hesabatların təqdim olunması;
- Datalardakı anomaliyaları müəyyən etmək, onları oxuya bilmək və həll üçün hipotezalar yarada bilmək bacarığı;
- Dataların təmizlənməsi və emala uyğun formaya salınması;
- Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması;
Digər tələb və üstünlük göstəriciləri:
- Güclü analitik bacarıqlar və Excel-də yüksək səviyyəli bilik (Power BI, Google Analitics, Tableau, Stata, R və ya digər program bilik və bacarıqları üstünlükdür).
- Analitik düşünmə qabiliyyəti, rəqəmlərlə işləmə həvəsi və yüksək detallara diqqət.
İş vaxtının norması:
- 5 günlük növbəli iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şosesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Data Analitik (performansın idarəolunması üzrə)” yazmaqla Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərmələri xahiş olunur.Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.