Sirab Satış və Dağıtım MMC Sirab Satış və Dağıtım MMC
  • 976
Sirab Satış və Dağıtım MMC

Sirab Satış və Dağıtım MMC

Çoxsahəli istehlak xidmətləri , Distribyutorlar

Kateqoriya meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kateqoriya meneceri

  • Deadline 27 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas tələblər:

  • Minimum təhsil dərəcəsi: Bakalavriat (Marketinq, Iqtisadiyyat yaxud idarəetmə sahəsində)
  • Komputer bilikləri: MS Office – Excell, Word, PowerPoint, Outlook – yaxşı;
  • Dil bilikləri: Azərbaycan dili- əla, Rus dili- əla, İngilis dili- əla;
  • Təcrübə: FMCG  sahəsində təcrübə

Fərdi keyfiyyət göstəriciləri:

  • Analitik düşünmə bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
  • Planlaşdırma və problem həll etmə bacarığı.
  • Yenilikçi və proaktiv yanaşma;
  • Məsuliyyətli.

Vəzifə öhdəlikləri: 

  • Spirtli içkilər portfeli üçün kateqoriya strategiyalarının hazırlanması və icra edilməsi;
  • Bazar tendensiyalarını, istehlakçı üstünlüklərini və rəqib fəaliyyətlərini izləmək, brend strategiyalarını və inkişafını müəyyən etmək;
  • Yeni məhsulların yaradılması, məhsul portfelinin optimizasiyası və genişləndirilməsi;
  • Anbar stok hərəkəti və satış proqnozlarına uyğun olaraq sifarişləri vermək;
  • Mütəmadi olaraq satış analizlərinin  hesabatlarının verilməsi və analiz  nəticələrinə uyğun həll yönümlü təkliflərin verilməsi;
  • Kampaniya ilə bağlı olan həvalələri bilmək və bu barədə əlaqədar şəxslər arasında əlaqələrin qurulmasını təmin etmək;
  • Təchizatçılarla üzləşmə aparmaq;
  • Rəhbərliyə aylıq görülmüş işlər barədə hesabatın verilməsi.

İş vaxtının norması:

  • 09:00-18:00 / 5 günlük iş həftəsi

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Yemək şirkət tərəfindən;
  • Şirkət nömrəsi və danışıq paketi.

İş yeri:

  • Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı)

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Kateqoriya meneceri” yazmaqla Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily18
  • Weekly709
  • Monthly1346