Sirab Satış və Dağıtım MMC Sirab Satış və Dağıtım MMC
  • 434
Sirab Satış və Dağıtım MMC

Sirab Satış və Dağıtım MMC

Çoxsahəli istehlak xidmətləri , Distribyutorlar

Kateqoriya mütəxəssisi

  • Deadline 15 May 2026

Vəzifə öhdəlikləri: 

  • Spirtli içkilər portfeli üçün kateqoriya strategiyalarının hazırlanması və icra edilməsi;
  • Bazar tendensiyalarını, istehlakçı üstünlüklərini və rəqib fəaliyyətlərini izləmək, brend strategiyalarını və inkişafını müəyyən etmək;
  • Yeni məhsulların yaradılması, məhsul portfelinin optimizasiyası və genişləndirilməsi;
  • Anbar stok hərəkəti və satış proqnozlarına uyğun olaraq sifarişləri vermək;
  • Mütəmadi olaraq satış analizlərinin  hesabatlarının verilməsi və analiz  nəticələrinə uyğun həll yönümlü təkliflərin verilməsi;
  • Kampaniya ilə bağlı olan həvalələri bilmək və bu barədə əlaqədar şəxslər arasında əlaqələrin qurulmasını təmin etmək;
  • Təchizatçılarla üzləşmə aparmaq;
  • Rəhbərliyə aylıq görülmüş işlər barədə hesabatın verilməsi.

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Marketinq və Biznesin  idarəedilməsi ixtisası üstünlükdür)
  • Komputer bilikləri (Microsoft office);
  • Dil bilikləri: Azərbaycan dili- əla, Rus dili və İngilis dili-yaxşı səviyyədə;
  • Təcrübə: FMCG, Retail sahəsində təcrübə    

Fərdi keyfiyyət göstəriciləri:

  • Məsuliyyətli 
  • Analitik düşünmə bacarığı
  • Komandada işləmə bacarığı
  • Yaradıcı
  • Planlaşdırma və problem həll etmə bacarığı
  • Yenilikçi, innovativ yanaşmalara və öyrənməyə açıq
  • Proaktiv 

İş vaxtının norması: 09:00-17:00 / 5 günlük iş həftəsi

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Yemək şirkət tərəfindən;
  • Şirkət nömrəsi və danışıq paketi.

İş yeri:

  • Xırdalan şəhəri, (Masazır dairəsinin yaxınlığı)

Müraciət forması:

  • Uyğun namizədlərdən cv-lərini mövzu yerinə Kateqoriya mütəxəssisyazmaqla Müraciət et düyməsində qeyd olunan linkə daxil olub https://karyera.sirab.az/ ünvana göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly480
  • Monthly1573