Vəzifənin məqsədi
- Şirkətin maliyyə və kommersiya əməliyyatlarının düzgünlüyünü, şəffaflığını və daxili nəzarət mexanizmlərinə, biznes proseslərinə və struktur bölmələrinin fəaliyyətinə müstəqil nəzarətin həyata keçirilməsi, maliyyə itkiləri, mənimsəmə və digər sui-istifadə risklərin müəyyən edilməsi, maliyyə və əməliyyat intizamının qiymətləndirilməsi, eləcə də fəaliyyətin səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi.
Əsas vəzifə öhdəlikləri
- Şirkətin maliyyə əməliyyatlarının, gəlir və xərclərinin, ödənişlərin, hesablaşmaların və maliyyə sənədlərinin yoxlanılması.
- Mühasibat uçotu məlumatlarının, ilkin sənədlərin, müqavilələrin, hesab-fakturaların və digər maliyyə sənədlərinin düzgünlüyünün və uyğunluğunun yoxlanılması.
- Büdcəyə riayət olunmasına, xərclərin əsaslandırılmasına və maliyyə resurslarından səmərəli istifadəyə nəzarət edilməsi.
- Şirkətin bütün struktur bölmələrinin və departamentlərinin fəaliyyətinin müəyyən edilmiş prosedur, qayda və daxili siyasətlərə uyğunluğunun yoxlanılması.
- Satınalma, anbar, logistika, satış, insan resursları və digər əməliyyat bölmələrində proseslərin, sənədləşmənin və nəzarət mexanizmlərinin qiymətləndirilməsi.
- Mal-material qalıqlarının, inventarların, əsas vəsaitlərin və digər şirkət aktivlərinin uçotunun və faktiki mövcudluğunun yoxlanılması.
- Müqavilə öhdəliklərinin, təsdiq prosedurlarının, səlahiyyət bölgüsünün və daxili qaydaların icrasına nəzarət edilməsi.
- Maliyyə itkiləri, əsassız xərclər, uyğunsuzluqlar, sui-istifadə ehtimalları və əməliyyat risklərinin müəyyən edilməsi və araşdırılması.
- Daxili nəzarət sistemindəki boşluqların aşkar edilməsi, risklərin qiymətləndirilməsi və onların aradan qaldırılması üçün tövsiyələrin hazırlanması.
- Audit yoxlamalarının nəticələri üzrə hesabatların, aşkar edilmiş nöqsanların və düzəldici tədbirlərin təqdim edilməsi.
- Əvvəlki audit yoxlamaları nəticəsində verilmiş tövsiyələrin icra vəziyyətinin izlənilməsi.
- Rəhbərliyin tapşırığı əsasında xüsusi yoxlamaların və xidməti araşdırmaların aparılması.
Namizədə dair tələblər
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat, audit və ya müvafiq sahə üzrə ali təhsil.
- Daxili audit, maliyyə nəzarəti, mühasibat uçotu və ya risklərin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi.
- Maliyyə hesabatları, mühasibat uçotu prinsipləri və maliyyə-təsərrüfat əməliyyatları üzrə biliklər.
- Daxili nəzarət sistemləri, risklərin qiymətləndirilməsi və audit metodologiyaları barədə anlayış.
- Müqavilələrin, ilkin uçot sənədlərinin və əməliyyat sənədləşməsinin təhlili bacarığı.
- MS Excel proqramı ilə sərbəst işləmək və böyük həcmli məlumatları təhlil etmək bacarığı.
- Analitik düşünmə, detallara diqqət, obyektivlik və sistemli yanaşma.
- Müstəqil işləmək, problemləri müəyyənləşdirmək və əsaslandırılmış həll təklifləri vermək bacarığı.
- Yüksək etik davranış, məxfilik prinsiplərinə riayət və peşəkar ünsiyyət bacarığı.
Üstünlük hesab olunur:
- ACCA, CIA, CIMA və ya digər müvafiq peşəkar sertifikatların olması və ya bu istiqamətdə təhsil.
- ERP və mühasibatlıq proqramları ilə iş təcrübəsi.
- Satınalma, anbar, logistika, satış və digər əməliyyat proseslərinin auditi üzrə təcrübə.
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət; xarici dil bilikləri əlavə üstünlükdür.
İş vaxtının norması:
- 09:00-17:00 / 5 günlük iş həftəsi
- İstirahət günü: Şənbə və Bazar günü
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Nahar şirkət tərəfindən təmin edilir;
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şosesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.