Sirab Satış və Dağıtım MMC Sirab Satış və Dağıtım MMC
  • 172

Müştəri şikayətləri üzrə menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Müştəri şikayətləri üzrə menecer

  • Deadline 18 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Məqsəd:

  • Müştəri şikayətləri üzrə menecer şirkətimizdə müştəri məmnuniyyətinin artırılması, müraciət və şikayətlərin analizi, problem və iradların köklü həlli proseslərinin idarə olunmasına cavabdehdir. Vakansiya üzrə əsas məqsəd təkcə şikayətləri cavablandırmaq deyil, xidmət/məhsul keyfiyyətinin yüksəldilməsi üçün analitik təkliflər vermək və şöbələrarası prosesləri optimallaşdırmaqdır.

Əsas vəzifə öhdəlikləri:

  • Müraciətlərin idarə olunması: Müxtəlif kanallardan (telefon, sosial media, e-poçt, satış kanalları, distribütorlar, zavod və s.) daxil olan şikayət, irad və təklifləri qəbul etmək, prioritetləşdirmək və sistemləşdirmək.
  • Proseslərin izlənməsi və həlli: Şikayətləri aidiyyəti şöbələrə ötürmək, həll prosesini son nəticəyə qədər izləmək və müştərini mərhələli şəkildə məlumatlandırmaq.
  • Təhlil və Hesabatlılıq: Müştəri bazasının təhlili, şikayətlərin statistikasının aparılması, köklü səbəblərin müəyyənləşdirilməsi və rəhbərliyə/marketinq departamentinə mütəmadi hesabatların təqdim edilməsi.
  • İnsight və Təkliflər: Müştəri rəylərindən məhsul, xidmət və brend haqqında əsas insight-ları çıxarmaq, xidmət keyfiyyətinin artırılması üçün təkliflər hazırlamaq.
  • Şöbələrarası koplikasiya: Satış, marketinq və logistika/istehsalat komandaları ilə sıx əməkdaşlıq edərək müştəri məmnuniyyəti strategiyasını dəstəkləmək.
  • Kampaniya analizi: Marketinq kampaniyalarının və yeni məhsulların müştərilər tərəfindən necə qəbul edildiyini qiymətləndirmək.

Namizədə olan tələblər:

  • Təhsil: Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq, Menecment və ya əlaqəli sahələr üzrə).
  • İş təcrübəsi: Müştəri xidmətləri, CRM və ya Şikayətlərin idarə olunması sahəsində təcrübə
  • MS Office və CRM proqramları ilə işləmək bacarığı.
  • Analitik bacarıqlar: Böyük həcmli məlumatlar (data) və şikayət statistikası ilə işləmək, problem yaranma səbəblərini analiz etmək bacarığı.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi
  • Saat - 09:00/18:00

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Nahar şirkət təmin edilir
  • Korporativ telefon nömrəsi və danışıq paketi

İş yeri:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Müştəri şikayətləri üzrə menecer” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.sirab.az/ ünvanına göndərmələri xahiş olunur. 

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily13
  • Weekly634
  • Monthly1725