Əsas tələblər:
- Müvafiq sahə üzrə ali təhsil (Logistika, Nəqliyyat İdarəçiliyi, Biznesin təşkili və s. üzrə)
- Nəqliyyat parkının idarə olunması, sürücülərin koordinasiyası və marşrut planlaması sahəsində 1 il iş təcrübəsi ;
- Nəqliyyat sektorunun idarəetmə sistemləri, daxili prosedurlar və təhlükəsizlik qaydaları üzrə biliklər;
- Avtomobil texnikasının əsas anlayışlarını bilməli (texniki xidmət intervalları, nasazlıqların ilkin diaqnostikası və s.);
- Marşrut optimizasiyası və yanacaq sərfiyyatının idarə olunması üzrə anlayışlar;
- Nəqliyyatla bağlı sənədləşmə (yol vərəqələri, əməliyyat aktları, xərclər və s.) sahəsində biliklər;
- Komputer bilikləri: MS Office - əla;
Fərdi keyfiyyət göstəriciləri:
- Analitik düşünmə bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Planlaşdırma və problem həll etmə bacarığı;
- Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
- İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil.
Vəzifə öhdəlikləri:
- Nəqliyyat əməliyyatlarının gündəlik təşkili və nəzarəti
- Yanacaq sərfiyyatı və nəqliyyat xərclərinə nəzarət
- Gecikmə və problemlərin operativ həlli
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- ERP/Tinda, GPS və digər nəqliyyat sistemlərində məlumatların düzgün və vaxtında işlənməsini təmin etmək
- Sürücülərin işinin təşkil edilməsi və onların növbə planlarına və daşımalar üzrə tapşırıqların yerinə yetirilməsinə nəzarət edilməsi;
- Sürücülərə yol vərəqələrinin təqdim edilməsi və digər sənədlərin qəbul edilməsi, doldurulması, onların düzgün rəsmiləşdirilməsinin yoxlanılması;
- Nəqliyyat vasitələrinin göndərilməsinə və xətdən qayıtmasına nəzarət edilməsi;
- Avtomobillərin təmirə dayanması ilə bağlı məlumat verilməsi və təmirə yönləndirilməsi;
- Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət edilməsi;
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq;
- Yemək şirkət tərəfindən;
- Korporativ telefon nömrəsi və danışıq paketi.
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı)
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Nəqliyyat üzrə mütəxəssis” yazmaqla Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.