Vəzifə öhdəlikləri:
- Debitor borcların gündəlik monitorinqini aparmaq və gecikmələri izləmək.
- Debitor borclar üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
- Borclu müştərilərlə əlaqə saxlayaraq ödənişlərin vaxtında həyata keçirilməsini təmin etmək
- Borcların yığılması üzrə tədbirlər planı hazırlamaq və icrasını izləmək
- Gecikmiş borcların səbəblərini təhlil etmək və həlli ilə bağlı təkliflər vermək
- Satış, maliyyə və hüquq şöbələri ilə koordinasiyalı işləmək
- Daxili prosedurlara uyğun sənədləşməni və məlumat bazasını aktual saxlamaq
Əsas tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə,Mühasibat uçotu və Audit)
- Müvafiq sahə üzrə təcrübə
- Komputer bilikləri: MS Office - yaxşı
- Dil bilikləri: Azərbaycan-əla
- B kateqoriyalı sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması mütləqdir.
Fərdi keyfiyyət göstəriciləri:
- Dəqiqlik
- Məsuliyyətlilik
- Operativlik
- Nəticə yönümlü
- Komandada işləmək bacarığı.
- Analitik düşünmə bacarığı
Digər tələb və üstünlük göstəriciləri:
- ACCA və ya digər kvalifikasiyalar üzrə müvafiq imtahanlardan sertifikat arzuolunandır.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- 09:00/18:00
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Yemək pulu və yanacaq pulu şirkət tərəfindən;
- Korporativ telefon nömrəsi və danışıq paketi;
İş yeri:
- Abşeron rayonu, Xırdalan şəhəri, (Masazır dairəsi yaxınlığı) Xəritə: https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Problemli müştərilərlə iş üzrə mütəxəssis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.