Sirab Satış və Dağıtım MMC Sirab Satış və Dağıtım MMC
  • 1.3K
Sirab Satış və Dağıtım MMC

Sirab Satış və Dağıtım MMC

Diversified Consumer Services , Distributors

Sənəd dövriyyəsi üzrə bölmə müdiri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Sənəd dövriyyəsi üzrə bölmə müdiri

  • Истекает 26 декабрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas tələblər:

  • Təhsil: Bakalavr dərəcəsi;
  • Kompüter bilikləri: MS Office – yüksək səviyyədə;
  • Dil bilikləri: Azərbaycan dili – səlis (yazılı və şifahi);
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;

Fərdi keyfiyyət göstəriciləri:

  • Dəqiqlik və detallara diqqətlilik;
  • Yazılı və şifahi ünsiyyətlilik;
  • Məsuliyyətlilik;
  • Operativlik;
  • Komanda ilə işləmə bacarığı;

Vəzifə öhdəlikləri: 

  • İşgüzar yazışmanın əsaslarını bilmək;
  • Sahəsinə aid olan sənədləri tərtib etmə bacarığına malik olmaq;
  • Daxil olan və göndərilən sənədlərin vaxtında qeydiyyatını və yönləndirilməsini təmin etmək;
  • Elektron sənəd dövriyyəsi sistemində sənədlərin düzgün yerləşdirilməsi və arxivləşdirilməsinə nəzarət etmək;
  • Sənəd dövriyəsi sistemləri və onlara dair müasir texnologiyalarla iş təcrübəsinə malik olmaq;
  • “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ı yüksək səviyyədə bilmək;
  • Dövlət və özəl qurumlarla sənəd mübadiləsini koordinasiya etmək;
  • Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərlə effektiv  işləmək bacarığına malik olmaq;
  • Rəsmi sənədlərin qeydiyyat standartlarını yüksək səviyyədə bilmək;
  • İcra proseslərinin optimallaşdırılması üçün təkliflər hazırlamaq;
  • Daxil olan tapşırıqların icra vəziyyətini izləmək və vaxtında yerinə yetirilməsinə nəzarət etmək.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Yemək şirkət tərəfindən;
  • Şirkət nömrəsi və danışıq paketi.

İş yeri:

  •  Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://googl/maps/iFLKeNz2rJoCoWDt5). 

Müraciət forması:

  • Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Sənəd dövriyyəsi üzrə bölmə müdiri” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily14
  • Weekly145
  • Monthly713