Əsas tələblər:
- Təhsil: Bakalavr dərəcəsi;
- Kompüter bilikləri: MS Office – yüksək səviyyədə;
- Dil bilikləri: Azərbaycan dili – səlis (yazılı və şifahi);
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
Fərdi keyfiyyət göstəriciləri:
- Dəqiqlik və detallara diqqətlilik;
- Yazılı və şifahi ünsiyyətlilik;
- Məsuliyyətlilik;
- Operativlik;
- Komanda ilə işləmə bacarığı;
Vəzifə öhdəlikləri:
- İşgüzar yazışmanın əsaslarını bilmək;
- Sahəsinə aid olan sənədləri tərtib etmə bacarığına malik olmaq;
- Daxil olan və göndərilən sənədlərin vaxtında qeydiyyatını və yönləndirilməsini təmin etmək;
- Elektron sənəd dövriyyəsi sistemində sənədlərin düzgün yerləşdirilməsi və arxivləşdirilməsinə nəzarət etmək;
- Sənəd dövriyəsi sistemləri və onlara dair müasir texnologiyalarla iş təcrübəsinə malik olmaq;
- “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ı yüksək səviyyədə bilmək;
- Dövlət və özəl qurumlarla sənəd mübadiləsini koordinasiya etmək;
- Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərlə effektiv işləmək bacarığına malik olmaq;
- Rəsmi sənədlərin qeydiyyat standartlarını yüksək səviyyədə bilmək;
- İcra proseslərinin optimallaşdırılması üçün təkliflər hazırlamaq;
- Daxil olan tapşırıqların icra vəziyyətini izləmək və vaxtında yerinə yetirilməsinə nəzarət etmək.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Yemək şirkət tərəfindən;
- Şirkət nömrəsi və danışıq paketi.
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://googl/maps/iFLKeNz2rJoCoWDt5).
Müraciət forması:
- Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Sənəd dövriyyəsi üzrə bölmə müdiri” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.