Sirab Satış və Dağıtım MMC Sirab Satış və Dağıtım MMC
  • 504
Sirab Satış və Dağıtım MMC

Sirab Satış və Dağıtım MMC

Çoxsahəli istehlak xidmətləri , Distribyutorlar

Supermarketlər üzrə satış şöbə müdiri

  • Deadline 15 May 2026

Vəzifə öhdəlikləri: 

  • Supermarketlər üzrə satış strategiyasınının hazırlanması
  • Satış komandasının (satış təmsilçiləri, bölgə menecerləri və s.) effektiv idarə edilməsi, komandanın inkişafının təmin edilməsi
  • Satış proseslərinin düzgün və fasiləsiz icrasını təmin etmək
  • Qaytarma, silinmə və stok proseslərinin düzgünlüyünə nəzarət etmək
  • Şəbəkələrdən ödənişlərin vaxtında alınmasını təmin etmək
  • Satış planlarının hazırlanması və icrasına nəzarət 
  • Müştəri şəbəkəsinin genişləndirilməsi və mövcud müştərilərlə əlaqələrin inkişafı 
  • Satış göstəricilərinin və bazar trendlərinin təhlili 
  • Marketinq departamenti ilə birlikdə aksiya və kampaniyaların hazırlanması və icrası 
  • Müştərilərlə müqavilələrinin bağlanması və yenilənməsini təşkil etmək
  • Müştərilərlə qiymət razılaşmaları və xüsusi təkliflərin hazırlanmasında iştirak etmək
  • Satış nöqtələrinin rayon, qəsəbə, alt-lokasiya uyğun olaraq ərazi bölgüsünün aparılması və rut planlarının optimallaşdırılması
  • Satış nöqtələrində brend standartlarının (planogram, rəf payı, feysinq) qorunmasına və merçandayzinq keyfiyyətinə nəzarət edilməsi
  • Rəqiblərin qiymət siyasətinin, kampaniyalarının və yeni məhsul təqdimatlarının mütəmadi monitorinqi və analizi
  • Satış komandasının sahə bacarıqlarını artırmaq üçün mütəmadi olaraq birgə ərazi ziyarətlərinin həyata keçirilməsi

Tələblər:

  • FMCG satış sahəsində (Modern Trade, Key Account Management) 2 ildən çox rəhbər olaraq təcrübə
  • Güclü kommunikasiya, şəbəkələrlə (retail chains) danışıqlar aparmaq bacarığı
  • Qiymət, promo və margin strukturlarını idarə etmək bacarığı
  • Trade-marketinq alətləri və merçandayzinq standartları barədə praktiki təcrübə
  • Analitik düşüncə
  • Liderlik və komanda idarəetmə bacarıqları
  • Proaktivlik və təşəbbüskarlıq
  • MS Office proqramlarında sərbəst işləmək
  • Azərbaycan dili mükəmməl, rus və ya ingilis dili arzuolunandır
  • B kateqoriyalı sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması (şəhər və rayon ərazilərinə mütəmadi ezamiyyətlər üçün).

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Razılaşma əsasında;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Korporativ telefon nömrəsi və danışıq paketi.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi; İş saatları 09:00-dan 18:00-dək

İş yeri:

Müraciət forması:

  • Uyğun namizədlərdən cv-lərini Müraciət et düyməsində qeyd olunan linkə daxil olub https://karyera.sirab.az/ ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly480
  • Monthly1573