Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavriat (Marketinq, iqtisadiyyat yaxud idarəetmə sahəsində)
- Komputer bilikləri: MS Office – Excell, Word, PowerPoint, Outlook - yaxşı;
- Dil bilikləri: Azərbaycan dili- əla, Rus dili- yaxşı, İngilis dili- əla;
- Təcrübə: 3 il ;
- Material tələbat planlaması ERP sistemlərində işləmək bacarığı;
- Stok idarəetmə prinsip və standartları üzrə biliklər;
- Tələb proqnozlaşdırma metodologiyaları(Forecasting) barədə məlumatlı olmaq
- Risklərin idarəedilməsi və proses optimallaşdırılması sahəsində bilik və bacarıq;
- Təchizat zənciri idarə edilməsi, marketing və maliyyə sahələri üzrə ümumi biliklər.
Fərdi keyfiyyət göstəriciləri:
- Analitik düşünmə bacarığı;
- Keyfiyyət yönümlülük;
- Komanda ilə işləmə bacarığı;
- Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
- Planlaşdırma və problem həll etmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Şirkətin tələb və təchizat davamlılığını qorumaq üçün Critical Stock, Safety Stock və digər ehtiyat strategiyalarının hazırlanması, yenilənməsi və tətbiqinə nəzarət etmək;
- Satış proqnozlarının təhlili və stok balansının strateji idarə olunması. Proqnoz dəqiqliyinin aylıq ölçülməsi və optimallaşdırılması prosesində iştirak etmək;
- Şirkətin ehtiyaclarına uyğun təchizat planlarının hazırlanması, onların rəhbərliyə təqdim olunması və təsdiqlənmiş planların satış, logistika, marketing və maliyyə bölmələri ilə uzlaşdırılmasını təmin etmək;
- Stok çatışmazlığı və artıq stok risklərinin idarə edilməsi və önləyici tədbirlərin tətbiqi;
- Kampaniyalar, məhsul lansmanları və SKU dəyişikliklərinin planlama prosesini koordinasiya etmək;
- Operativ və strateji planlama sahəsində rəhbərliyə analitik hesabatlar təqdim etmək; Power BI və digər analitika alətləri vasitəsilə dashboard və vizuallaşdırmalar hazırlamaq.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq;
- Yemək şirkət tərəfindən;
- Korporativ telefon nömrəsi və danışıq paketi;
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Tədarük planlama üzrə aparıcı mütəxəssis” yazmaqla Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.