Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavriat (Marketinq, Biznesin idarə edilməsi və ya əlaqələli sahələr)
 - Komputer bilikləri: MS Office (Word, Power Point, Excel ) - əla;
 - Dil bilikləri: Azərbaycan dili- əla;
 - Təcrübə: Satış sahəsində 3 il təcrübə
 
Fərdi keyfiyyət göstəriciləri:
- Analitik düşünmə bacarığı;
 - Keyfiyyət yönümlülük;
 - Qərarlı, müştəri yönümlü, rəqabəti bacaran;
 - Komanda ilə işləmə bacarığı;
 - Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
 - Planlaşdırma və problem həll etmə bacarığı.
 
Digər tələb və üstünlük göstəriciləri:
- Sürücülük vəsiqəsi;
 - Şəxsi avtomobil.
 
İş barədə:
- Ərazi üzrə HORECA və Supermarket kanallarında yerləşən satış nöqtələrini mütəmadi ziyarət etmək;
 - Brend standartlarına uyğun vitrin, rəf və soyuducu yerləşimlərini yoxlamaq və təmin etmək;
 - Promosiya materiallarının (poster, wobler, shelf-talker, stiker, stend və s.) düzgün və tam şəkildə yerləşdirilməsinə nəzarət etmək;
 - Kampaniyaların, aksiyaların və yeni məhsul təqdimatlarının ərazidə düzgün icrasını təmin etmək;
 - Satış komandası ilə birlikdə nöqtələrdə satışın artırılmasına yönəlik təşəbbüslər irəli sürmək;
 - HORECA tərəfdaşlarında brend aktivasiyaları, tadımlar, təqdimatlar və tədbirlərin təşkili zamanı dəstək vermək;
 - Rəqib fəaliyyətlərini, qiymət və yerləşim dəyişikliklərini izləmək və hesabat vermək;
 - Ərazi üzrə görülən işlər barədə gündəlik və həftəlik hesabatların hazırlanması;
 - Şirkətin korporativ standartlarının və brend təlimatlarının yerinə yetirilməsinə nəzarət etmək.
 
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Yemək pulu və yanacaq pulu şirkət tərəfindən;
 - Korporativ telefon nömrəsi və danışıq paketi.
 
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi
 - Həftənin 1 günü ofis daxili, digər günləri ofis xaricində olacaqdır (ofisə gəlmədən ərazidə fəaliyyət göstərəcəkdir)
 
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).
 
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Ticari marketinq üzrə kiçik mütəxəssis” yazmaqla Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.