Şirkətimiz istehsal proseslərinin səmərəli təşkili, məhsul keyfiyyətinin təmin edilməsi və müvafiq standartlara uyğunluğun qorunması məqsədilə komandasına Keyfiyyətə nəzarət üzrə mütəxəssis axtarır.
Əsas vəzifə öhdəlikləri:
- İstehsal olunan süd və ət məhsullarının keyfiyyət göstəricilərinə nəzarət etmək;
- Xammalın, yarımfabrikatların və hazır məhsulların keyfiyyətinin müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlamaq;
- Məhsullardan nümunələrin götürülməsi və müvafiq keyfiyyət yoxlamalarının aparılmasında iştirak etmək;
- Məhsulların saxlanma və daşınma şəraitinə, temperatur rejiminə və gigiyena tələblərinə riayət olunmasına nəzarət etmək;
- Müəyyən edilmiş keyfiyyət standartlarından kənarlaşmaları aşkar etmək, qeydə almaq və aidiyyəti şəxsləri məlumatlandırmaq;
- Keyfiyyətə nəzarət üzrə müvafiq sənədləri, jurnalları və hesabatları hazırlamaq;
- İstehsal və saxlanma proseslərində sanitariya-gigiyena və qida təhlükəsizliyi tələblərinə əməl olunmasını izləmək;
- Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsində iştirak etmək.
Namizədə tələblər:
- Qida mühəndisliyi, qida təhlükəsizliyi, kimya, biologiya və ya müvafiq sahələr üzrə ali təhsil;
- Keyfiyyətə nəzarət və ya qida istehsalı sahəsində iş təcrübəsi – arzuolunandır;
- Qida təhlükəsizliyi, sanitariya-gigiyena və məhsulların saxlanması qaydaları barədə biliklər;
- Keyfiyyət göstəricilərinin yoxlanılması və uyğunsuzluqların müəyyən edilməsi bacarığı;
- MS Office proqramları, xüsusilə Excel üzrə biliklər;
- Sənədləşmə və hesabatların hazırlanması bacarığı;
- Diqqətlilik, dəqiqlik, məsuliyyətlilik və operativlik;
- Komandada işləmək və istehsal əməkdaşları ilə effektiv ünsiyyət qurmaq bacarığı;
- Növbəli iş rejimində işləməyə hazır olmaq.
İş şəraiti:
- İş qrafiki: istehsal proseslərinin xüsusiyyətlərinə uyğun növbəli iş rejimi;
- Əməkhaqqı: müsahibə əsasında müəyyən edilir;
- İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.