Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Şamaxı)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Şamaxı)

  • Истекает 15 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şirkətimiz istehsal proseslərinin səmərəli təşkili, məhsul keyfiyyətinin təmin edilməsi və müvafiq standartlara uyğunluğun qorunması məqsədilə komandasına Keyfiyyətə nəzarət üzrə mütəxəssis axtarır.

Əsas vəzifə öhdəlikləri:

  • İstehsal olunan süd və ət məhsullarının keyfiyyət göstəricilərinə nəzarət etmək;
  • Xammalın, yarımfabrikatların və hazır məhsulların keyfiyyətinin müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlamaq;
  • Məhsullardan nümunələrin götürülməsi və müvafiq keyfiyyət yoxlamalarının aparılmasında iştirak etmək;
  • Məhsulların saxlanma və daşınma şəraitinə, temperatur rejiminə və gigiyena tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Müəyyən edilmiş keyfiyyət standartlarından kənarlaşmaları aşkar etmək, qeydə almaq və aidiyyəti şəxsləri məlumatlandırmaq;
  • Keyfiyyətə nəzarət üzrə müvafiq sənədləri, jurnalları və hesabatları hazırlamaq;
  • İstehsal və saxlanma proseslərində sanitariya-gigiyena və qida təhlükəsizliyi tələblərinə əməl olunmasını izləmək;
  • Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsində iştirak etmək.

Namizədə tələblər:

  • Qida mühəndisliyi, qida təhlükəsizliyi, kimya, biologiya və ya müvafiq sahələr üzrə ali təhsil;
  • Keyfiyyətə nəzarət və ya qida istehsalı sahəsində iş təcrübəsi – arzuolunandır;
  • Qida təhlükəsizliyi, sanitariya-gigiyena və məhsulların saxlanması qaydaları barədə biliklər;
  • Keyfiyyət göstəricilərinin yoxlanılması və uyğunsuzluqların müəyyən edilməsi bacarığı;
  • MS Office proqramları, xüsusilə Excel üzrə biliklər;
  • Sənədləşmə və hesabatların hazırlanması bacarığı;
  • Diqqətlilik, dəqiqlik, məsuliyyətlilik və operativlik;
  • Komandada işləmək və istehsal əməkdaşları ilə effektiv ünsiyyət qurmaq bacarığı;
  • Növbəli iş rejimində işləməyə hazır olmaq.

İş şəraiti:

  • İş qrafiki: istehsal proseslərinin xüsusiyyətlərinə uyğun növbəli iş rejimi;
  • Əməkhaqqı: müsahibə əsasında müəyyən edilir;
  • İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily59
  • Weekly501
  • Monthly1354