Mühafizəçi (Şamaxı)

  • Истекает 15 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şirkətimiz əməliyyat proseslərinin təhlükəsizliyinin təmin edilməsi və əmlakın mühafizəsinin təşkili məqsədilə komandasına Mühafizəçi axtarır.

Əsas vəzifə öhdəlikləri:

  • Müəssisənin ərazisinin, inzibati binaların, istehsalat sahələrinin və digər obyektlərin mühafizəsini təmin etmək;
  • Müəssisəyə giriş-çıxışa nəzarət etmək, əməkdaşların və ziyarətçilərin giriş-çıxış qaydalarına əməl etməsini təmin etmək;
  • Müəssisəyə daxil olan və çıxan nəqliyyat vasitələrinə nəzarət etmək;
  • Əraziyə gətirilən və ərazidən çıxarılan maddi sərvətlərin müvafiq sənədlər əsasında yoxlanılmasını təmin etmək;
  • Müəssisənin ərazisində mütəmadi müşahidə və nəzarət aparmaq;
  • Yanğın, oğurluq, qəza və digər fövqəladə hallar zamanı operativ tədbirlər görmək və rəhbərliyi dərhal məlumatlandırmaq;
  • Müəssisədaxili təhlükəsizlik qaydalarına və müəyyən edilmiş mühafizə prosedurlarına riayət etmək;
  • Növbə ərzində baş verən hadisələr və aşkar edilmiş nöqsanlar barədə müvafiq qeydlər aparmaq və növbəni təhvil verərkən məlumatları növbəti əməkdaşa çatdırmaq.

Namizədə tələblər:

  • Mühafizə sahəsində iş təcrübəsi – arzuolunandır;
  • Orta təhsil – mütləqdir;
  • Fiziki cəhətdən sağlam və növbəli iş rejimində işləməyə hazır olmaq;
  • Müşahidəçilik, diqqətlilik və məsuliyyətlilik;
  • İntizamlı olmaq və daxili əmək qaydalarına riayət etmək;
  • Gərgin vəziyyətlərdə soyuqqanlı davranmaq və operativ qərar qəbul etmək bacarığı;
  • Şübhəli hallar və təhlükəsizlik pozuntuları barədə vaxtında məlumat vermək bacarığı;
  • Komandada işləmək və ünsiyyət qurmaq bacarığı.

İş şəraiti:

  • İş qrafiki: növbəli iş rejimi;
  • Əməkhaqqı: müsahibə əsasında müəyyən edilir;
  • İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühafizəçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily127
  • Weekly568
  • Monthly1416