Şirkətimiz əməliyyat proseslərinin təhlükəsizliyinin təmin edilməsi və əmlakın mühafizəsinin təşkili məqsədilə komandasına Mühafizəçi axtarır.
Əsas vəzifə öhdəlikləri:
- Müəssisənin ərazisinin, inzibati binaların, istehsalat sahələrinin və digər obyektlərin mühafizəsini təmin etmək;
- Müəssisəyə giriş-çıxışa nəzarət etmək, əməkdaşların və ziyarətçilərin giriş-çıxış qaydalarına əməl etməsini təmin etmək;
- Müəssisəyə daxil olan və çıxan nəqliyyat vasitələrinə nəzarət etmək;
- Əraziyə gətirilən və ərazidən çıxarılan maddi sərvətlərin müvafiq sənədlər əsasında yoxlanılmasını təmin etmək;
- Müəssisənin ərazisində mütəmadi müşahidə və nəzarət aparmaq;
- Yanğın, oğurluq, qəza və digər fövqəladə hallar zamanı operativ tədbirlər görmək və rəhbərliyi dərhal məlumatlandırmaq;
- Müəssisədaxili təhlükəsizlik qaydalarına və müəyyən edilmiş mühafizə prosedurlarına riayət etmək;
- Növbə ərzində baş verən hadisələr və aşkar edilmiş nöqsanlar barədə müvafiq qeydlər aparmaq və növbəni təhvil verərkən məlumatları növbəti əməkdaşa çatdırmaq.
Namizədə tələblər:
- Mühafizə sahəsində iş təcrübəsi – arzuolunandır;
- Orta təhsil – mütləqdir;
- Fiziki cəhətdən sağlam və növbəli iş rejimində işləməyə hazır olmaq;
- Müşahidəçilik, diqqətlilik və məsuliyyətlilik;
- İntizamlı olmaq və daxili əmək qaydalarına riayət etmək;
- Gərgin vəziyyətlərdə soyuqqanlı davranmaq və operativ qərar qəbul etmək bacarığı;
- Şübhəli hallar və təhlükəsizlik pozuntuları barədə vaxtında məlumat vermək bacarığı;
- Komandada işləmək və ünsiyyət qurmaq bacarığı.
İş şəraiti:
- İş qrafiki: növbəli iş rejimi;
- Əməkhaqqı: müsahibə əsasında müəyyən edilir;
- İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühafizəçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.