Şirvan Aqro” MMC istehsalat proseslərinin planlaşdırılması, resurslardan səmərəli istifadənin təmin edilməsi və əməliyyat göstəricilərinin təhlili məqsədilə komandasına Planlama üzrə mütəxəssis axtarır.
Əsas vəzifə öhdəlikləri:
- İstehsalat prosesləri üzrə gündəlik, həftəlik, aylıq və illik planların hazırlanmasını təmin etmək;
- İstehsalat həcmləri, məhsuldarlıq, yem sərfiyyatı, işçi qüvvəsi və digər əməliyyat göstəriciləri üzrə məlumatları toplamaq və təhlil etmək;
- Plan və faktiki göstəriciləri müqayisə etmək, kənarlaşmaların səbəblərini araşdırmaq və müvafiq təkliflər hazırlamaq;
- Mövcud resursların, avadanlıqların və işçi qüvvəsinin ehtiyaclara uyğun planlaşdırılmasında iştirak etmək;
- İstehsalat göstəriciləri əsasında proqnozlar hazırlamaq və resurs tələbatını müəyyənləşdirmək;
- Müxtəlif struktur bölmələrindən məlumatları toplayaraq vahid planlaşdırma və hesabat sistemini formalaşdırmaq;
- Planların icra vəziyyətini izləmək, gecikmə və səmərəsizlik yaradan amilləri müəyyən etmək;
- Əməliyyat proseslərinin optimallaşdırılması, məhsuldarlığın artırılması və xərclərin azaldılması üzrə təkliflər vermək;
- Rəhbərlik üçün müntəzəm hesabatlar, analitik cədvəllər və təqdimatlar hazırlamaq;
- Planlaşdırma məlumatlarının elektron sistemlərdə düzgün və vaxtında qeydiyyatına nəzarət etmək.
Namizədə tələblər:
- İqtisadiyyat, mühəndislik, logistika, menecment və ya müvafiq sahələr üzrə ali təhsil;
- Planlaşdırma, istehsalat, əməliyyatların idarə edilməsi və ya hesabatlılıq sahəsində iş təcrübəsi – üstünlükdür;
- MS Excel üzrə yaxşı biliklər, böyük həcmli məlumatlarla işləmək və təhlil aparmaq bacarığı;
- Plan-fakt təhlili, proqnozlaşdırma və göstəricilərin monitorinqi üzrə biliklər;
- ERP və digər idarəetmə sistemləri ilə işləmək bacarığı – üstünlükdür;
- Analitik düşünmə, sistemli yanaşma və problem həll etmə bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik və struktur bölmələri ilə effektiv əməkdaşlıq qurmaq bacarığı.
İş şəraiti:
- İş qrafiki: həftədə 5 günlük iş rejimi;
- Əməkhaqqı: namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir;
- İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Planlama üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.