Planlama üzrə mütəxəssis (Şamaxı)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Planlama üzrə mütəxəssis (Şamaxı)

  • Deadline 15 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirvan Aqro” MMC istehsalat proseslərinin planlaşdırılması, resurslardan səmərəli istifadənin təmin edilməsi və əməliyyat göstəricilərinin təhlili məqsədilə komandasına Planlama üzrə mütəxəssis axtarır.

Əsas vəzifə öhdəlikləri:

  • İstehsalat prosesləri üzrə gündəlik, həftəlik, aylıq və illik planların hazırlanmasını təmin etmək;
  • İstehsalat həcmləri, məhsuldarlıq, yem sərfiyyatı, işçi qüvvəsi və digər əməliyyat göstəriciləri üzrə məlumatları toplamaq və təhlil etmək;
  • Plan və faktiki göstəriciləri müqayisə etmək, kənarlaşmaların səbəblərini araşdırmaq və müvafiq təkliflər hazırlamaq;
  • Mövcud resursların, avadanlıqların və işçi qüvvəsinin ehtiyaclara uyğun planlaşdırılmasında iştirak etmək;
  • İstehsalat göstəriciləri əsasında proqnozlar hazırlamaq və resurs tələbatını müəyyənləşdirmək;
  • Müxtəlif struktur bölmələrindən məlumatları toplayaraq vahid planlaşdırma və hesabat sistemini formalaşdırmaq;
  • Planların icra vəziyyətini izləmək, gecikmə və səmərəsizlik yaradan amilləri müəyyən etmək;
  • Əməliyyat proseslərinin optimallaşdırılması, məhsuldarlığın artırılması və xərclərin azaldılması üzrə təkliflər vermək;
  • Rəhbərlik üçün müntəzəm hesabatlar, analitik cədvəllər və təqdimatlar hazırlamaq;
  • Planlaşdırma məlumatlarının elektron sistemlərdə düzgün və vaxtında qeydiyyatına nəzarət etmək.

Namizədə tələblər:

  • İqtisadiyyat, mühəndislik, logistika, menecment və ya müvafiq sahələr üzrə ali təhsil;
  • Planlaşdırma, istehsalat, əməliyyatların idarə edilməsi və ya hesabatlılıq sahəsində iş təcrübəsi – üstünlükdür;
  • MS Excel üzrə yaxşı biliklər, böyük həcmli məlumatlarla işləmək və təhlil aparmaq bacarığı;
  • Plan-fakt təhlili, proqnozlaşdırma və göstəricilərin monitorinqi üzrə biliklər;
  • ERP və digər idarəetmə sistemləri ilə işləmək bacarığı – üstünlükdür;
  • Analitik düşünmə, sistemli yanaşma və problem həll etmə bacarığı;
  • Dəqiqlik, məsuliyyətlilik və struktur bölmələri ilə effektiv əməkdaşlıq qurmaq bacarığı.

İş şəraiti:

  • İş qrafiki: həftədə 5 günlük iş rejimi;
  • Əməkhaqqı: namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir;
  • İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Planlama üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly443
  • Monthly1298