Şirkətimiz satış proseslərinin səmərəli təşkili və inkişafı məqsədilə komandasına Satış üzrə mütəxəssis axtarır.
Əsas vəzifə öhdəlikləri:
- Süd və ət məhsullarının satış prosesinin təşkili və koordinasiyası;
- Süd maşınlarının qəbulu, yüklənməsi və çəki ölçmələrinə nəzarət;
- Məhsulların təhvil-təslim aktlarının və digər müvafiq sənədlərin hazırlanması;
- Gündəlik satış məlumatlarının qeydiyyatının aparılması;
- Satış hesabatlarının hazırlanması və sənədləşmə işlərinin həyata keçirilməsi;
- Yeni müştərilərin cəlb edilməsi, məhsulların təqdimatı və satış imkanlarının genişləndirilməsi.
Namizədə tələblər:
- Ali təhsil;
- MS Office proqramları, xüsusilə Excel üzrə biliklər;
- Sənədləşmə və hesabatların hazırlanması bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik və operativlik;
- Güclü kommunikasiya və ünsiyyət bacarıqları;
- Komandada işləmək və iş proseslərini koordinasiya etmək bacarığı;
- Satış sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
İş şəraiti:
- İş qrafiki: süd və ət satışının xüsusiyyətlərinə uyğun növbəli iş rejimi;
- Əməkhaqqı: müsahibə əsasında müəyyən edilir;
- İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.