Təchizat üzrə mütəxəssis (Şamaxı)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Təchizat üzrə mütəxəssis (Şamaxı)

  • Истекает 15 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“Şirvan Aqro” MMC istehsalat proseslərinin fasiləsiz təmin edilməsi, material və resurslara olan tələbatın vaxtında qarşılanması, satınalma və təchizat proseslərinin səmərəli təşkili məqsədilə komandasına Təchizat üzrə mütəxəssis axtarır.

Əsas vəzifə öhdəlikləri:

  • Struktur bölmələrindən daxil olan sifarişlər əsasında material, ehtiyat hissələri, yem və digər resurslara olan tələbatı müəyyənləşdirmək;
  • Təchizat və satınalma sifarişlərinin hazırlanmasını və icra vəziyyətinin izlənilməsini təmin etmək;
  • Təchizatçılarla əlaqə saxlamaq, qiymət təkliflərini toplamaq və müqayisəli təhlil aparmaq;
  • Qiymət, keyfiyyət və çatdırılma müddətlərini nəzərə alaraq uyğun təchizatçıların seçilməsində iştirak etmək;
  • Sifarişlərin vaxtında çatdırılmasına və tələb olunan spesifikasiyalara uyğunluğuna nəzarət etmək;
  • Anbar qalığı və mövcud ehtiyatlar barədə məlumatları izləmək, çatışmazlıq və artıq ehtiyat risklərini müəyyənləşdirmək;
  • Təchizat sənədlərinin, sifarişlərin və müvafiq hesabatların düzgün aparılmasını təmin etmək;
  • Təchizat xərclərini təhlil etmək, xərclərin optimallaşdırılması və proseslərin təkmilləşdirilməsi üzrə təkliflər vermək;
  • Müvafiq struktur bölmələri, anbar və maliyyə komandası ilə koordinasiyalı işləmək.

Namizədə tələblər:

  • Təchizat, satınalma, logistika, iqtisadiyyat və ya müvafiq sahələr üzrə ali təhsil;
  • Təchizat və ya satınalma sahəsində iş təcrübəsi – üstünlükdür;
  • MS Excel və elektron idarəetmə sistemləri ilə işləmək bacarığı;
  • Qiymət təkliflərinin müqayisəsi, sifarişlərin izlənilməsi və hesabatların hazırlanması bacarığı;
  • Danışıqlar aparmaq və təchizatçılarla effektiv kommunikasiya qurmaq bacarığı;
  • Analitik düşünmə, dəqiqlik, məsuliyyətlilik və vaxtın düzgün idarə edilməsi bacarığı.

İş şəraiti:

  • İş qrafiki: həftədə 5 günlük iş rejimi;
  • Əməkhaqqı: namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir;
  • İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly567
  • Monthly1415