“Şirvan Aqro” MMC istehsalat proseslərinin fasiləsiz təmin edilməsi, material və resurslara olan tələbatın vaxtında qarşılanması, satınalma və təchizat proseslərinin səmərəli təşkili məqsədilə komandasına Təchizat üzrə mütəxəssis axtarır.
Əsas vəzifə öhdəlikləri:
- Struktur bölmələrindən daxil olan sifarişlər əsasında material, ehtiyat hissələri, yem və digər resurslara olan tələbatı müəyyənləşdirmək;
- Təchizat və satınalma sifarişlərinin hazırlanmasını və icra vəziyyətinin izlənilməsini təmin etmək;
- Təchizatçılarla əlaqə saxlamaq, qiymət təkliflərini toplamaq və müqayisəli təhlil aparmaq;
- Qiymət, keyfiyyət və çatdırılma müddətlərini nəzərə alaraq uyğun təchizatçıların seçilməsində iştirak etmək;
- Sifarişlərin vaxtında çatdırılmasına və tələb olunan spesifikasiyalara uyğunluğuna nəzarət etmək;
- Anbar qalığı və mövcud ehtiyatlar barədə məlumatları izləmək, çatışmazlıq və artıq ehtiyat risklərini müəyyənləşdirmək;
- Təchizat sənədlərinin, sifarişlərin və müvafiq hesabatların düzgün aparılmasını təmin etmək;
- Təchizat xərclərini təhlil etmək, xərclərin optimallaşdırılması və proseslərin təkmilləşdirilməsi üzrə təkliflər vermək;
- Müvafiq struktur bölmələri, anbar və maliyyə komandası ilə koordinasiyalı işləmək.
Namizədə tələblər:
- Təchizat, satınalma, logistika, iqtisadiyyat və ya müvafiq sahələr üzrə ali təhsil;
- Təchizat və ya satınalma sahəsində iş təcrübəsi – üstünlükdür;
- MS Excel və elektron idarəetmə sistemləri ilə işləmək bacarığı;
- Qiymət təkliflərinin müqayisəsi, sifarişlərin izlənilməsi və hesabatların hazırlanması bacarığı;
- Danışıqlar aparmaq və təchizatçılarla effektiv kommunikasiya qurmaq bacarığı;
- Analitik düşünmə, dəqiqlik, məsuliyyətlilik və vaxtın düzgün idarə edilməsi bacarığı.
İş şəraiti:
- İş qrafiki: həftədə 5 günlük iş rejimi;
- Əməkhaqqı: namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir;
- İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.