SKO Student olaraq Avropa və Çin universitetlərinə tələbə göndərişində ixtisaslaşmışıq. Genişlənən komandamıza bu istiqamətlər üzrə təcrübəli və satış bacarığı olan Təhsil Məsləhətçisi axtarırıq.
Vəzifə öhdəlikləri:
- Telefon zənglərinə cavab vermək və müraciət edən şəxsləri düzgün məlumatlandırmaq
- Sosial şəbəkələr (Instagram, WhatsApp və s.) vasitəsilə sorğulara cavab vermək
- Yalnız Avropa ölkələri və Çin üzrə təhsil proqramları barədə məlumat təqdim etmək
- Müraciət edən tələbələrlə ilk əlaqəni qurmaq və onların qərarvermə prosesində aktiv iştirak etmək
Namizəddən tələblər:
- Avropa ölkələri üzrə təhsil sahəsində iş təcrübəsi mütləqdir
- Satış bacarığı və insanlarla effektiv ünsiyyət qurmaq qabiliyyəti
- Məsuliyyətli və nəticəyönümlü yanaşma
- Səlis və aydın danışıq, təqdimat bacarığı
İş şəraiti:
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq + bonus sistemi
İş qrafiki:
- Həftəiçi: tam iş günü
- Həftəsonu: yarım iş günü
Müraciət üçün:
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Mövzu hissəsində “Təhsil Məsləhətçisi – Avropa və Çin” yazmağı unutmayın.