Nəyi bilməlidir:
- Yüksək səviyyəli xidmət mədəniyyəti qaydalarını bilməli
- Şikayət və narazılıqları peşəkar şəkildə idarə etmə bacarığı olmalı
- Azərbaycan dili və Rus dili (İngilis dili arzuolunandır);
- Sərbəst istifadəçi səviyyəsində Microsoft Word, Excel, Outlook proqramlarını.
Nəyi bacarmalıdır:
- İdarəçilik;
- Təhliletmə;
- Qərarvermə;
- Məsuliyyəti üzərinə götürmə;
- Detallara diqqət yetirmə;
- Çeviklik;
Xüsusi tələblər:
- Ali təhsil (Turizm və otelçilik üzrə üstünlükdür);
- Yaş həddi: 30-45 yaş;
- Müvafiq vəzifə üzrə azı 2 il (tərcihən otelçilik üzrə) iş təcrübəsi;
Gözlənilən davranışlar:
- Nizam-intizamlı;
- Nəticəyönümlü;
- Tələbetmə və yönləndirmə bacarığı;
- Komandada işləmə və düzgün idarəetmə.
- Təlim-inkişaf yönümlülük.
İş şəraiti:
- İş qrafiki: 5 günlük;
- Azərbaycan Respublikası ƏM -nə müvafiq sənədləşmə;
- Korporativ nömrə ilə təmin edilmə;
- Ünvan: Xəzər rayonu, Binə qəsəbəsi, Aviaşəhərcik küçəsi 1, “SKY INN Guest House” mehmanxanası
Vəzifə öhdəliyi:
- Ümumi miqrasiya uzadılmalarının vaxtında olmasına nəzarət edilməsi;
- Xidmət göstərilən şirkətlərdən daimi sürətdə gündəlik məlumatlarının yenilənməsini qəbul etmək;
- Otellə bağlı bütün sənədlərin müvafiq şəxslərə vaxtında və düzgün şəkildə təqdim olunmasına nəzarət etmək;
- Yeni gələn və oteldən çıxan qonaqlar haqqında aidiyyəti şöbələr arasında məlumat axınının düzgün və operativ şəkildə aparılmasını təmin etmək;
- Daxili qaydalara və etiket normalarına riayət olunmasına nəzarət etmək;
- Qonaq otaqlarında və ya ümumi istifadə sahələrində baş verən texniki nasazlıqları texniki şöbəyə vaxtında bildirmək və aradan qaldırılmasına nəzarət etmək;
- Otel ərazisinin təmizliyinə və gigiyenik normalara uyğunluğa nəzarət etmək.
Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Otel administratoru” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan mail-ə göndərə bilərlər.