“Sky Bridge Logistics” komandası üçün aktiv, ünsiyyətcil və nəticəyönümlü Satış Meneceri axtarılır. Namizəd logistika sahəsində yeni müştərilərin cəlb olunması, mövcud tərəfdaşlarla əlaqələrin idarə olunması və müştəri məmnuniyyətinin təmin edilməsində iştirak edəcəkdir.
Vəzifə öhdəlikləri:
- Yeni diler və müştərilərin cəlb olunması;
- Mövcud müştəri bazası ilə daimi əlaqələrin qurulması və idarə olunması;
- Müştərilərdən daxil olan sorğu və problemlərin operativ şəkildə həll edilməsi;
- Logistika xidmətlərinin təqdimatı və satış prosesinin idarə olunması;
- Müştərilərlə görüşlərin və danışıqların aparılması;
- Daşınma prosesləri ilə bağlı müştərilərə məlumat verilməsi və koordinasiyanın təmin olunması;
- Satış planlarının icrasında iştirak etmək və nəticəyönümlü fəaliyyət göstərmək;
- Bazar araşdırması aparmaq və yeni əməkdaşlıq imkanlarını müəyyən etmək;
- Rəhbərliyə görülən işlər barədə hesabatların təqdim edilməsi.
Tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Satış sahəsində iş təcrübəsi;
- Logistika sahəsində təcrübə üstünlük hesab olunur;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
- Rus və İngilis dili biliyi üstünlükdür;
- MS Office proqramlarında işləmək bacarığı;
- Güclü ünsiyyət və təqdimat bacarığı;
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
- Komandada işləmək və problem həll etmə bacarığı.
İş şəraiti
- İş yeri: Azure Business Center
- İş saatları: 11:00 – 19:00
- İş rejimi: 5 gün
Əlavə məlumatlar:
- Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcəkdir.
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Satış Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.