Vəzifə funksiyası: Kənd təsərrüfatı təyinatlı texnikalarda (traktor, kombayn, aqreqat) diaqnostika, servis təmiri və texniki xidmət işlərini həyata keçirir
Vəzifə öhdəlikləri:
- Kənd təsərrüfatı texnikalarının təmiri işlərinin yerinə yetirmə bacarığı.
- Kənd təsərrüfatı texnikalarının texniki xidmət işlərinin yerinə yetirilməsi üçün Azərbaycan bölgələrinə ezamiyyətə göndərilməsi.
- Tapşırıqlarla bağlı bütün hesabat və inzibati sənədləri tamamlayır (iş kartları , iş saatı cədvəlləri və s.).
- İş yerinin təmizliyini qoruyur, emalatxananın ümumi təşkilinə kömək edir və alətlərin, nəqliyyat vasitələrinin düzgün istifadəsini təmin edir.
- İşləri yerinə yetirərkən bütün təhlükəsizlik qaydalarına və tələblərinə əməl edir.
- Bacarıq və biliklərin inkişafı üçün tələb olunan Servis Təlim və Sertifikasiya proqramlarında iştirak edir.
- Zərurət olduqda sahədə diaqnostika və təmir işlərini yerinə yetirir.
- Yeni və ya işlənmiş texnikanın təhvil öncəsi hazırlığını (pre-delivery) həyata keçirir.
- Zəruri hallarda Servis mütəxəssislərinə dəstək verir.
Bacarıqlar və tələblər:
- Servis təmiri sahəsində minimum 5 il iş təcrübəsi.
- Təsdiq olunmuş texniki prosedurlara uyğun olaraq xüsusi alət və avadanlıqlardan istifadə etməklə təmir və texniki xidmət işlərini yerinə yetirmək bacarığı.
- Kənd təsərrüfatı texnikasının təmiri üçün mexaniki, elektrik və hidravlik sistemlər üzrə yaxşı biliklər.
- Standart kompüter proqramlarından, internet funksiyalarından istifadə bacarığı.
- Diaqnostika məqsədilə istifadə olunan texnika və nəqliyyat vasitələrini idarə etmək bacarığı.
- Yaxşı müştəri münasibətləri qurmaq bacarığı.
- Rəqib məhsullarla tanışlıq.
- Komanda şəraitində işləmək bacarığı.
- Sürücülük vəsiqəsi ( B kateqoriyası, C kateqoriyası arzuolunandır )
- Uzadılmış iş saatları və həftə sonları işləmək bacarığı.
- Əlavə olaraq Rus dili yaxşı səviyyədə, ingilis dili arzuolunandır
- Ali və ya orta ixtisas təhsili (Elektrik, Elektroenergetika sahəsində);
- Yaş həddi: 25-45
- Əlavə biliklərin əldə edilməsi üçün xarici ölkələrə ezamiyyətə göndərilməsi
- İş qrafiki: 6 iş günü
- Azərbaycan Respublikası qanunvericiliyinə əsasən sənədləşmə
- Əmək haqqı: Müsahibə əsasında razılaşdırılma yolu ilə
Maraqlanan namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.