Skyline Technics MMC Skyline Technics MMC
  • 233

Skyline Technics MMC

Mühəndislik

Mexanik/elektrik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mexanik/elektrik

  • Deadline 8 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə funksiyası: Kənd təsərrüfatı təyinatlı  texnikalarda (traktor, kombayn, aqreqat) diaqnostika, servis təmiri və texniki xidmət işlərini həyata keçirir

Vəzifə öhdəlikləri:

  • Kənd təsərrüfatı texnikalarının təmiri işlərinin yerinə yetirmə bacarığı.
  • Kənd təsərrüfatı texnikalarının texniki xidmət işlərinin yerinə yetirilməsi üçün Azərbaycan bölgələrinə ezamiyyətə göndərilməsi.
  • Tapşırıqlarla bağlı bütün hesabat və inzibati sənədləri tamamlayır (iş kartları , iş saatı cədvəlləri və s.).
  • İş yerinin təmizliyini qoruyur, emalatxananın ümumi təşkilinə kömək edir və alətlərin, nəqliyyat vasitələrinin düzgün istifadəsini təmin edir.
  • İşləri yerinə yetirərkən bütün təhlükəsizlik qaydalarına və tələblərinə əməl edir.
  • Bacarıq və biliklərin inkişafı üçün tələb olunan Servis Təlim və Sertifikasiya proqramlarında iştirak edir.
  • Zərurət olduqda sahədə diaqnostika və təmir işlərini yerinə yetirir.
  • Yeni və ya işlənmiş texnikanın təhvil öncəsi hazırlığını (pre-delivery) həyata keçirir.
  • Zəruri hallarda Servis mütəxəssislərinə dəstək verir.

Bacarıqlar və tələblər:

  • Servis təmiri sahəsində minimum 5 il iş təcrübəsi.
  • Təsdiq olunmuş texniki prosedurlara uyğun olaraq xüsusi alət və avadanlıqlardan istifadə etməklə təmir və texniki xidmət işlərini yerinə yetirmək bacarığı.
  • Kənd təsərrüfatı texnikasının təmiri üçün mexaniki, elektrik və hidravlik sistemlər üzrə yaxşı biliklər.
  • Standart kompüter proqramlarından, internet funksiyalarından istifadə bacarığı.
  • Diaqnostika məqsədilə istifadə olunan texnika və nəqliyyat vasitələrini idarə etmək bacarığı.
  • Yaxşı müştəri münasibətləri qurmaq bacarığı.
  • Rəqib məhsullarla tanışlıq.
  • Komanda şəraitində işləmək bacarığı.
  • Sürücülük vəsiqəsi ( B kateqoriyası, C kateqoriyası arzuolunandır )
  • Uzadılmış iş saatları və həftə sonları işləmək bacarığı.
  • Əlavə olaraq Rus dili yaxşı səviyyədə,  ingilis dili  arzuolunandır
  • Ali və ya orta ixtisas təhsili (Elektrik, Elektroenergetika  sahəsində); 
  • Yaş həddi:  25-45
  • Əlavə biliklərin əldə edilməsi üçün xarici ölkələrə ezamiyyətə göndərilməsi
  • İş qrafiki:  6 iş günü
  • Azərbaycan Respublikası qanunvericiliyinə əsasən sənədləşmə
  • Əmək haqqı:  Müsahibə əsasında razılaşdırılma yolu ilə

Maraqlanan namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily55
  • Weekly297
  • Monthly2607