SM CONSULTİNG MMC komandamıza dinamik, məsuliyyətli və öyrənməyə maraqlı təcrübəçi axtarırıq!
Tələblər:
- Ali və ya orta təhsil
- HR və kadr kargüzarlığı sahəsinə maraq
- MS Office proqramlarını bilmək
- Ünsiyyət və komanda ilə işləmək bacarığı
- Məsuliyyətli, diqqətli və öyrənməyə həvəsli olmaq
- Təcrübənin olması üstünlükdür
Öhdəliklər:
- Kadr sənədlərinin hazırlanmasına dəstək göstərmək
- Əmək müqavilələri və əmrlərin hazırlanmasında iştirak etmək
- Əməkdaşların şəxsi işlərinin formalaşdırılmasına dəstək olmaq
- HR prosesləri ilə bağlı gündəlik işlərdə iştirak etmək
- Rəhbərliyin tapşırıqlarını vaxtında və düzgün yerinə yetirmək
CV-lərinizi mövzu hissəsində “Kadrlar üzrə təcrübəçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. HR sahəsində karyeranıza bizimlə başlayın!