Marketinqi və satışı aparılacaq xidmətlər:
- vergi, mühasibatlıq, kadr kargüzarlığı xidmətləri;
- təlimlər.
Vəzifə öhdəlikləri
- Korporativ saytın inkişafı: Şirkət üçün çoxdilli (Azərbaycan, Rus və İngilis) korporativ saytın inkişaf etdirilməsi, SEO və SEM optimallaşdırması, vebsaytın axtarış mühərriklərində daha yaxşı sıralama əldə etməsi üçün SEO və SEM işlərinin görülməsi üçün sosial media marketinq tərəfdaşı ilə işin təşkil edilməsi
- Məzmun (content marketing) marketinqi: Şirkətin xidmətləri və məhsulları haqqında maarifləndirici məqalələr, postlar, videolar (reels) və digər kontentlərin yaradılması və yayılması ilə bağlı sosial media marketinq tərəfdaşı ilə işin təşkil edilməsi, kütləvi informasiya vasitələrində (radio, TV, onlayn platformalar) müsahibələrin təşkili və şirkətin görünürlüğünü artırmaq.
- Müştəri bazasının formalaşdırlıması: Müxtəlif mənbələrdən məlumat toplanması və CRM-də müştəri bazasının formalaşdırılması;
- Yeni müştərilərin cəlb edilməsi: Potensial müştərilərlə əlaqə qurmaq (zənglər (cold call), e-maillər və digər ünsiyyət kanalları vasitəsilə), yazışmalar aparmaq, təqib etmək;
- Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi: Müştərilərlə görüşlər keçirərək və ya kommunikasiya quraraq onların ehtiyaclarını başa düşmək;
- Şirkət xidmətlərinin təqdimatı: Şirkətin xidmətlərini müştərilərə təqdim etmək, onların tələblərinə uyğun təkliflər hazırlamaq və müvafiq məhsul və ya xidmətləri təqdim etmək;
- Təklif və müqavilələrin hazırlanmasında iştirak: Müştərilərə təqdim ediləcək təkliflərin və müqavilələrin hazırlanmasında iştirak etmək və sənədlərin düzgünlüyünü təmin etmək, satış dövrü ərzində müştəri qarşısında yaradılan bütün sənədləri (müqavilə, təklif, sifariş və s.) düzgün və vaxtında tərtib edilməsini təşkil etmək;
- CRM idarəetməsi: CRM sistemində müştəri məlumatlarını düzgün və vaxtında daxil etmək, izləmək və yeniləmək,
- Təhlil və hesabatlılıq: Marketinq və satış nəticələrini təhlil etmək, satışı optimallaşdırmaq üçün düzəlişlər təklif etmək, satış fəaliyyəti, əldə edilən nəticələr və müştəri rəyləri üzrə müntəzəm hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Tələblər və kvalifikasiyalar
- Təhsil: Ali təhsil;
- İş təcrübəsi: Satış və ya müştəri xidməti sahəsində təcrübə, vergi, mühasibatlıq və kadr işləri sahəsində 1 illik təcrübə və ya biliklər üstünlük təşkil edir.
Bilik və bacarıqlar:
Bacarıqlar və şəxsi keyfiyyətlər:
- Analitik düşünmə, planlaşdırma və zamanın idarəedilməsi, nəticəyönümlülük, təşəbbüskarlıq, effektiv kommunikasiya, şəbəkələşmə, komanda işi, inandırma, danışıqlar aparmaq, müştəriyönümlülük, əzmkarlıq və davamlılıq, dürüstlük
Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə danışıq və yazılı ünsiyyət bacarığı; rus və ingilis dillərində biliklər üstünlükdür.
İş şəraiti
- Əmək haqqı: Sabit vəzifə maaşı+ bonus (mükafat) sistemi
- İş rejimi: Həftədə 6 gün
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.