Təlim Tədris Mərkəzinə xanım ofis meneceri axtarılır
Vəzifə öhdəlikləri:
- Təlim mərkəzinin gündəlik iş fəaliyyətinin təşkil və nəzarət edilməsi;
- Təlim qruplarının təşkili , nəzarət edilməsi
- Təlim mərkəzinin təmizliyi və texniki təchizatının işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək;
- Tələbələrin ehtiyaclarına uyğun texniki və inzibati dəstəyin göstərilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqlarının vaxtında və dəqiq icrası, icra vəziyyəti ilə bağlı hesabatların təqdim olunması;
- Görüşlərin təşkili və təqvimin idarə olunması;
- Yazışmaların aparılması (e-mail, rəsmi məktublar və s.);
- Mühüm məlumatların konfidensial şəkildə saxlanılması;
- Təlim mərkəzinin sosial media hesablarını nəzarətdə saxlamaq
Tələblər:
- Xanım namizəd
- 23-35 yaş aralığı
- Ali təhsil;
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsinin olması arzuolunandır;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı
- MS Office proqramları ilə sərbəst işləmə bacarığı; (əsasən Word və Power Point)
- Yüksək təşkilatçılıq və ünsiyyət bacarıqları;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
İş şəraiti:
- İş yeri: Mingəçevir şəhəri. H.Əliyev parkı, (Bazarstorenin arxası)
- İş qrafiki: 6 günlük (09:00-18:00)
- Əmək haqqı: 400 AZN
Yaxın ərazidə yaşayan namizədlərə üstünlük veriləcəkdir.
Necə müraciət etməli: CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına "Ofis meneceri" başlığı ilə göndərin.
Əlaqə: 055 624 34 84