Incoming Tourism Manager (Daxili və Giriş turizmi üzrə menecer)

  • Истекает 10 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Smile Tour Company komandasına daxili və gəlmə turizm axınını idarə edə biləcək peşəkar Incoming Tourism Manager axtarır.

Öhdəliklər:

  • B2B tərəfdaşlar və fərdi müştərilər üçün maraqlı, rəqabətədavamlı turizm paketlərinin (turlar, ekskursiyalar, transferlər və s.) sıfırdan hazırlanması və proqramlaşdırılması;
  • Hazırlanmış turizm məhsullarının xarici tərəfdaşlara (turoperator və agentliklərə) aktiv satışı və təqdimatının edilməsi;
  • Təsdiq olunmuş turların təşkili, rezervasiyası və icrası üçün aidiyyatı daxili şöbələrə (əməliyyat, nəqliyyat, bələdçi və s.) vaxtında və tam ötürülməsi;
  • Tur-paketlərə dair bütün tariflərin, marşrutların və məlumatların şirkətin onlayn platformasında sistemli və xətasız şəkildə yerləşdirilməsi;
  • Müştəri məmnuniyyətinin təmin olunması məqsədilə turların gedişatına nəzarət edilməsi;
  • Satış dinamikasının və görülən işlərin nəticələrinə dair rəhbərliyə mütəmadi hesabatların verilməsi.

Tələblər:

  • Turizm sahəsində (xüsusilə "Incoming" / Gəlmə turizm istiqaməti üzrə) ən azı 3 il uğurlu iş təcrübəsi;
  • Rus və ingilis dillərini mükəmməl (səlis) bilmək (xarici partnyorlarla sərbəst ünsiyyət üçün mütləqdir);
  • Biznes etikası, beynəlxalq korporativ ünsiyyət və effektiv danışıqlar aparmaq bacarığı;
  • Turizm bazarını, destinasiyaları (Azərbaycanın turizm potensialını) və qiymət siyasətini dərindən analiz etmək bacarığı;
  • Detallara qarşı son dərəcə diqqətli, dəqiq, işində məsuliyyətli və nizam-intizamlı;
  • Komandada işləmək, eyni zamanda müstəqil qərarlar qəbul etmək qabiliyyəti;
  • Məlumatları sistemləşdirmə və analitik hesabatlılıq bacarığı.

İş şərait və Təminatlar:

  • Rəsmi əmək müqaviləsi (Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun);
  • İş qrafiki:  6 günlük iş həftəsi (09:00 - 18:00);
  • Əməkhaqq 1500 Azn + Bonuslar (göstəricilərə əsasən artan gəlir imkanı); 
  • Peşəkar komanda və karyera yüksəlişi imkanları. 

Uyğun namizədlərin CV-ni “İncoming manager” baslığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

  • Daily1
  • Weekly621
  • Monthly1097