Smile Tour Company komandasına daxili və gəlmə turizm axınını idarə edə biləcək peşəkar Incoming Tourism Manager axtarır.
Öhdəliklər:
- B2B tərəfdaşlar və fərdi müştərilər üçün maraqlı, rəqabətədavamlı turizm paketlərinin (turlar, ekskursiyalar, transferlər və s.) sıfırdan hazırlanması və proqramlaşdırılması;
- Hazırlanmış turizm məhsullarının xarici tərəfdaşlara (turoperator və agentliklərə) aktiv satışı və təqdimatının edilməsi;
- Təsdiq olunmuş turların təşkili, rezervasiyası və icrası üçün aidiyyatı daxili şöbələrə (əməliyyat, nəqliyyat, bələdçi və s.) vaxtında və tam ötürülməsi;
- Tur-paketlərə dair bütün tariflərin, marşrutların və məlumatların şirkətin onlayn platformasında sistemli və xətasız şəkildə yerləşdirilməsi;
- Müştəri məmnuniyyətinin təmin olunması məqsədilə turların gedişatına nəzarət edilməsi;
- Satış dinamikasının və görülən işlərin nəticələrinə dair rəhbərliyə mütəmadi hesabatların verilməsi.
Tələblər:
- Turizm sahəsində (xüsusilə "Incoming" / Gəlmə turizm istiqaməti üzrə) ən azı 3 il uğurlu iş təcrübəsi;
- Rus və ingilis dillərini mükəmməl (səlis) bilmək (xarici partnyorlarla sərbəst ünsiyyət üçün mütləqdir);
- Biznes etikası, beynəlxalq korporativ ünsiyyət və effektiv danışıqlar aparmaq bacarığı;
- Turizm bazarını, destinasiyaları (Azərbaycanın turizm potensialını) və qiymət siyasətini dərindən analiz etmək bacarığı;
- Detallara qarşı son dərəcə diqqətli, dəqiq, işində məsuliyyətli və nizam-intizamlı;
- Komandada işləmək, eyni zamanda müstəqil qərarlar qəbul etmək qabiliyyəti;
- Məlumatları sistemləşdirmə və analitik hesabatlılıq bacarığı.
İş şərait və Təminatlar:
- Rəsmi əmək müqaviləsi (Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun);
- İş qrafiki: 6 günlük iş həftəsi (09:00 - 18:00);
- Əməkhaqq 1500 Azn + Bonuslar (göstəricilərə əsasən artan gəlir imkanı);
- Peşəkar komanda və karyera yüksəlişi imkanları.
Uyğun namizədlərin CV-ni “İncoming manager” baslığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.