Aparıcı mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı mühasib

  • Deadline 7 Mart 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələb olunan təhsil və təcrübə:

  • Mühasibat uçotu, maliyyə, iqtisadiyyat ixtisası üzrə ali təhsil;
  • “Aparıcı mühasib” vəzifəsinə namizədin Beynəlxalq Maliyyə Uçotu Proqramını tətbiq edən şirkətdə bu ixtisas üzrə ən az 2 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir).

Tələb olunan kompüter bilikləri:

  • Word, Excel, Outlook və s. proqramlarda sərbəst işləməyi bacarmalı, o cümlədən kompürterdə sürətli işləməyi bacarmalı;
  • SAP proqramı və ya ona bənzər beynəlxalq səviyyəli proqramlardan ən azı məlumatlı olmaq.

Tələb olunan dil bilikləri:

  • Azərbaycan dili – C1
  • İngilis dili – C1
  • Rus dili - B2

Tələb olunan bacarıqlar:

  • Tikinti istehsalatı ilə bağlı biliklərə malik olmaq;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların aparılmasını bilmək;
  • İlkin uçot sənədlərini, mühasibat uçotu registrlərini, mühasibatlıq hesabatlarını, mühasibat uçotu və maliyyə əməliyyatları ilə bağlı digər sənədləri tərtib etmək;
  • Rentabelliyin daim nəzarətdə saxlanılması məqsədilə şirkətin fəaliyyətinə məxsus maya dəyərləri, vergi riskləri, kreditor və debitorlarla düzgün hesablaşmalar aparmaq;
  • Mal-material uçotunun düzgün təşkili və anbar uçotunun aparılması;
  • Pul vəsaitləri haqqında hesabatın, mənfəət və balans hesabatlarının aylıq və illik olaraq tərtibi və analizlərini həyata keçirmək, vergi qaydalarının uyğunluğunu təmin etmək;
  • Hesab və elektron qaimə-fakturaların yazılması;
  • Mal/xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
  • Vergi, statistika və DSMF hesabatların hazırlanması.

Əmək şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş rejimi: 5 günlük iş həftəsi.

Əmək haqqı:

  • Əmək haqqı ayda iki dəfə, 15 gündən bir ödənilir.
  • Əmək haqqı məbləği net olaraq 2000-3500 AZN aralığındadır. Əmək haqqı məbləği vakantın təhsili, təcrübəsi və iş stajına görə təklif olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə elektron poçt ünvanına mövzu yerinə “Aparıcı mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Daily0
  • Weekly168
  • Monthly783