İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis

  • Deadline 1 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələb olunan təhsil və təcrübə:

  • Marketinq, reklam və jurnalistika sahələrində ali təhsil;
  • İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifəsinə namizədin reklam materialları, çap və rəqəmsal dizayn sahəsində ən az 3 il iş təcrübəsi (beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);

Tələb olunan kompüter bilikləri:

  • Word, Excel, PowerPoint, Outlook Adobe Audition, Adobe illustrator, Adobe Premiere, Adobe Photoshop, Adobe After Effect, Word, Excel, PowerPoint, Outlook, və s. proqramlarda sərbəst işləməyi, o cümlədən kompüterdə sürətli işləməyi bacarmalı.

Tələb olunan dil bilikləri:

  • Azərbaycan dili – C1
  • İngilis dili – B2
  • Rus dili – B2

Tələb olunan bacarıqlar:

  • Şirkətin İctimayyətlə əlaqələrinin düzgün koordinasiya etmək, ictimaiyyətlə əlaqələr kanallarının düzgün seçmək;
  • İctimaiyyətlə əlaqələr və reklam işlərinin aparılması, Şirkətin fəaliyyəti barəsində sifarişçilərə təklif paketinin hazırlanması və ictimaiyyətdə şirkət adına yönəlmiş pozitiv mövqe yaratmaq;
  • Şirkətin rəsmi saytı və sosial şəbəkələrnin idarə olunması və sosial media səhifələri üçün xəbərlərin hazırlanması;
  • Sosial mediada şirkət barədə yayımlanan materialların gündəlik monitorinqi və aidiyyatı üzrə rəhbər şəxslərin məlumatlandırılması;
  • Müxtəlif təqdimatların (Prezentasiya) hazırlanması;
  • Kopiraytinq (reklam xarakterli mətnlər, press relizlər, bəyanatlar və s.)
  • İctimaiyyətlə əlaqələrinin həyata keçirilməsi ilə bağlı müxtəlif təbliğat materiallarını hazırlamaq və aidiyyatı hədəf qrupları arasında yayılmasını təşkil etmək;
  • Şirkətin promoşun məhsullarını hazırlanmasını təşkil etmək;
  • Şirkətin xarici imici haqqında məlumatın toplanması;
  • İctimai əlaqələr üzrə nəticələrin monitorinqi və təhlili.
  • Süni intellektlə işləməyi bacarmalıdır.

Əmək şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş rejimi: 5 günlük iş həftəsi;

Əmək haqqı:

  • Əmək haqqı məbləği namizədin təhsili, təcrübəsi və iş stajına görə təklif olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerinə “İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Daily143
  • Weekly143
  • Monthly787