Keyfiyyətə nəzarət üzrə elektrik mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Keyfiyyətə nəzarət üzrə elektrik mühəndisi

  • Deadline 7 Mart 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələb olunan təhsil və təcrübə:

  • Elektrik mühəndisi ixtisası üzrə ali təhsil;
  • Keyfiyyətə nəzarət üzrə elektrik mühəndisi” vəzifəsinə namizədin
  • İSO standartlarına və ERP sisteminə uyğun işini təşkil edən şirkətdə bu
  • ixtisas üzrə ən az 2 il (fasiləsiz) iş təcrübəsi olmalı (beynəlxalq şirkətdə
  • işləyənlərə üstünlük verilir).

Tələb olunan kompüter bilikləri:

  • Word, Excel, PowerPoint, Outlook, Autocad və s. proqramlarda sərbəst işləməyi, o cümlədən kompüterdə sürətli işləməyi bacarmalı.

Tələb olunan dil bilikləri:

  • Azərbaycan dili - C1
  • İngilis dili - C1
  •  Rus dili – B2

Tələb olunan bacarıqlar:

  • Elektrik layihələrini işləmək və reviziya etmək;
  • Elektrik layihələri əsasında elektrik quraşdırma işlərinin həcmini müyyən etmək;
  • Elektrik quraşdırma işlərinin həcmi əsasında tələb olunan işçilik, material, avadanlıq və s. miqdarını müyyən etmək; 
  • Elektrik quraşdırma işlərinin həcmi əsasında iş qrafikini tərtib etmək;
  • Tikinti sahəsində elektrik işlərinin təhlili, yoxlanılması və
  • koordinasiyanı təşkil etmək;
  • Elektrik işlərinə aid sənədləri (MAR, MS, NFİ, CHK, İTP plan və s.) tərtib etmək;
  • Elektrik avadanlıqları və cihazlarının təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək;
  • Layihənin sonunda son texniki dəyərləndirməni və yoxlanmanı yerinə yetirmək;
  • Elektrik avadanlıqlarının quraşdırılmasını və onların standartlara uyğun test və sınaq işlərini yerinə yetirmək;
  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, elektrik sistemlərinin uyğunluğu barədə hesabat təqdim etmək;
  • Layihələrin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını yoxlayaraq rəy vermək;
  • Layihənin müvafiq olaraq elektrik sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək;
  • Layihələrin elektrik hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təqdim etmək.

5. Əmək şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş rejimi: 5 günlük iş həftəsi;
  • İşçi geyimi ilə təmin olunma;
  • Nahar ilə təmin olunma.

6. Əmək haqqı:

  • Əmək haqqı ayda iki dəfə, 15 gündən bir ödənilir;
  • Əmək haqqı məbləği net olaraq 2000-3500 AZN aralığındadır.
  • Əmək haqqı məbləği vakantın təhsili, təcrübəsi və iş stajına görə təklif olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə elektron ünvanına mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə elektrik mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Daily0
  • Weekly534
  • Monthly1146