Tələb olunan təhsil və təcrübə:
- İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası üzrə ali təhsil;
- “Keyfiyyətə nəzarət üzrə zəif axın mühəndisi” vəzifəsinə namizədin
- İSO standartlarına və ERP sisteminə uyğun işini təşkil edən şirkətdə bu ixtisas üzrə ən az 2 il (fasiləsiz) iş təcrübəsi olmalı (beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir).
Tələb olunan kompüter bilikləri:
- Word, Excel, PowerPoint, Outlook, Autocad və s. proqramlarda sərbəst işləməyi, o cümlədən kompüterdə sürətli işləməyi bacarmalı.
Tələb olunan dil bilikləri:
- Azərbaycan dili – C1
- İngilis dili – C1
- Rus dili – B2
Tələb olunan Bacarıqlar:
- Zəif axın layihələrini işləmək və reviziya etmək;
- Zəif axın layihələri əsasında elektrik quraşdırma işlərinin həcmini müəyyən etmək;
- Zəif axın quraşdırma işlərinin həcmi əsasında tələb olunan işçilik, material, avadanlıq və s. miqdarını müyyən etmək;
- Zəif axın quraşdırma işlərinin həcmi əsasında iş qrafikini tərtib etmək;
- Tikinti sahəsində zəif axın işlərinin təhlili, yoxlanılması və koordinasiyanı təşkil etmək;
- Zəif axın işlərinə aid sənədləri (MAR, MS, NFİ, CHK, İTP plan və s) tərtib etmək;
- Zəif axın avadanlıqları və cihazlarının təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək;
- Layihənin sonunda son texniki dəyərləndirməni və yoxlanmanı yerinə yetirmək;
- Zəif axın avadanlıqlarının quraşdırılmasını və onların standartlara uyğun test və sınaq işlərini yerinə yetirmək;
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, zəif axın sistemlərinin uyğunluğu barədə hesabat təqdim etmək;
- Layihələrin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını yoxlayaraq rəy vermək;
- Layihənin müvafiq olaraq zəif axın sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək;
- Layihələrin zəif axın hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təmin etmək.
5. Əmək şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş rejimi: 5 günlük iş həftəsi;
- İşçi geyimi ilə təmin olunma;
- Nahar ilə təmin olunma;
Əmək Haqqı:
- Əmək haqqı ayda iki dəfə, 15 gündən bir ödənilir;
- Əmək haqqı məbləği net olaraq 2000-3500 AZN aralığındadır. Əmək haqqı məbləği vakantın təhsili, təcrübəsi və iş stajına görə təklif olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə elektron ünvanına mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə zəif axın mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.